İranda güclü partlayış

İranın cənubundakı Hörmüzqan əyalətinin Sirik şəhəri yaxınlığında partlayış səsləri eşidilib.

Axar.az xəbər verir ki, bu barədə “Fars” məlumat yayıb.

Bildirilib ki, yerli sakinlər Kuhestak ərazisində və Sirikin bir neçə hissəsində partlayış səslərini eşidiblər.

Partlayışların səbəbi, dəyən zərər və ya tələfat barədə hələlik heç bir məlumat yoxdur.