Politoloq: Qazaxıstan iki ölkə arasında yaxşı platforma ola bilər
13:57 15.10.2024
Aktual
485
Qazaxıstan bir daha Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təklif etməyə hazırdır. Bu sözləri Qazaxıstan Prezidenti Qasm-Jomart Tokayev Astanada səfərdə olan erməni həmkarı Vaaqn Xaçatryanla görüşündə deyib. Qeyd edək ki, Xaçatryan Qazaxıstanda səfərdədir.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Qazaxıstanın Azərbaycanla çox yaxşı münasibətləri mövcuddur:
“Eyni zamanda Qazaxıstan və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunurlar. Digər tərəfdən isə Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür. Azərbaycan və Ermənistan arasında danışıqlar platforması kimi iştirak etməyə çalışan digər siyasi mərkəzlər iki ölkə münasibətlərə müsbət töhvə vermək əvəzinə vəziyyəti daha gərginləşdirirlər. Ona görə də Qazaxıstan Azərbaycan və Ermənistan arasında normal danışıqlar prosesinin davam etdirilməsi üçün çox yaxşı platforma ola bilər. Azərbaycanın qarşısında Ermənistan kimi güvənilməz, ləyaqətsiz ölkə dayanır. Digər tərəfdən Azərbaycanla münasibətlərdə Ermənistanın dürüst davranmaması nəticədə çox ciddi problemlərə gətirib çıxarır. Azərbaycan dəfələrlə bəyan edib ki, Cənubi Qafqaz regionunda sülh və ədalətin bərpa olunmasının tərəfdarıyıq. Ədaləti öz ordumuzun gücünə bərpa etmişik. İndi isə qalib ölkə olaraq Ermənistan tərəfinə real sülhlə bağlı çağırışlar edirik. Qazaxıstan iki ölkə arasında yaxşı platforma ola bilər. Ancaq platformanın hansı ölkə olmasından asılı olmayaraq əsas məsələ Ermənistanın növbəti addımlarının səmimi olmasından keçir. Hesab edirəm ki, Ermənistan və havadarları Qazaxıstan platformasına isti yanaşmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya