
Politoloq: SEPAH kimi dəstəkləsə, Prezident də o, seçiləcək
12:26 14.06.2024
Aktual
725
Sosial mediada aparılan araşdırma və rəy sorğuları əsasında prezidentliyə namizəd Məsud Pezeşkian və onun əsas rəqibi Səid Cəlilinin əyalətlər üzrə populyarlıq səviyyəsi açıqlanıb.
Bu barədə yerli media məlumat yayıb.
Nəticələrdən Məsud Pezeşkianın 31 əyalətin 24-də böyük fərqlə irəlidə olduğu, Səid Cəlilinin isə yalnız 7 əyalətdə nisbi populyarlığa malik olduğu məlum olub.
Azərbaycanlı siyasətçinin Şərqi Azərbaycan əyalətində 72, Qərbi Azərbaycan əyalətində 61, Ərdəbildə 65, Zəncanda isə səslərin 59 faizini toplaya biləcəyi bildirilib.
Başqa 4 namizədin isə bütün əyalətlər üzrə populyarlıq səviyyələri Məsud Pezeşkianla müqayisə edilməyəcək dərəcədə aşağıdır.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, Məsud Pezeşkian seçkiqabağı təbliğat kompaniyası zamana çıxışlarının birində onun hədəfinin seçkilərin fəallığını artırmaq və siyasi kompaniyanın ovqatını yüksəltmək olduğunu deyib:

“Məsud səhiyyə naziri olduğu dövrdə fəailiyyəti ilə qanun pozuntusu və tənqidə məruz qalacaq fikirlər söyləyib. O, Tehran hakimiyyətinin tənqidçilərindən sayılıb. Pezeşkian Tehran rejiminin icazə verdiyi tənqidçilərdəndir. Yəni, həmin tənqidçini Tehran rejimi idarə edir və istədiyi zaman səsini ala bilər. Bu gün İranın keçmiş Prezidenti, hakimiyyətdaxili islahatçı xəttin liderlərindən biri olan Məhəmməd Xatəmi seçki kompaniyasında Məsud Pezeşkianı müdafiə edəcəyini bildirib. Məsud Pezeşkian Əli Xameneyə qarşı da müxalif deyil. Pezeşkian bildirib ki, 14-cü Prezident İbrahim Rəisinin proqramını davam etdirəcək. Digər tərəfdən Pezeşkianın seçki kompaniyasında iştirakı Güney azərbaycanlılarının bu prosesə fəal müdaxiləsilə bağlıdır. Tehran rejimi Pezeşkianın Prezidentliyə namizədliyini qeydiyyata almaqla Güney azərbaycanlıları arasında təəssüfkeşlik hissini qıcıqlandıraraq onun prosesdə fəal iştirakına şərait yaradır. Eyni zamanda, seçkidə islahatçılar Pezeşkianın qalib gəlməsinə ümid bəsləyərək prosesdə iştirak edirlər. Amma nəticə etibarilə yenə rejimə daha çox sərf edən Prezident qalib gəlir. Sosial mediada yayılan məlumatları ciddi saymıram. Çünki burada saxtakarlığın olması da mümkündür. Həmçinin, yayılan məlumatlar sosial şəbəkədən istifadə edənlərin rejimə qarşı düşüncəsinin nəticəsidir. Məsələn, Səid Cəlili İranın ali rəhbəri Seyid Əli Xamneinin Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsidir. Yəni Səid Cəlili ilə Məsud Pezeşkianı qarşılaşdırsaq Pezeştianı Prezident seçmək istəyi ağlabatan deyil. Hesab edirəm ki, seçkiqabağı təbliğat kompaniyası yeni başlayıb və Səid Cəlili tədricən yüksəldiləcək. Qarşıdan gələn iki həftə ərzində türkləri qıcıqlamdırmaq üçün təbliğat materialları hazırlanacaq, fikirlər səsləndiriləcək ki, fəallıq artsın. Fəallığın artması isə İran hakimiyyətinin siyasi kompaniyasına cavab reaksiyanın göstəricisidir. Səid Cəlili ilə müqayisədə Pezeşkianın hakimiyyət içərisində çəkisi zəifdir. Səid Cəlili SEPAH tərəfindən dəstəklənir. Ona görə də SEPAH kimi dəstəkləsə, Prezident də o, seçiləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm