Politoloq: Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaq
11:46 15.03.2020
Aktual
527
Yenilənmiş parlamentdə Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanmasına rəğmən digər partiyaların nümayəndələri də altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Bu günə qədər belə bir hal olmayıb.
Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri daha da sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var idi.
Politoloq hesab edir ki, Azərbaycanın siyasi palitrasının yeni konfiqurasiyasının formalaşdırılması, siyasi mühitin konstruktivləşdirilməsi istiqamətində hakimiyyət tərəfindən atılmış yenilikçi addımlar fikir müxtəlifliyinə, təşəbbüskarlığa və novatorluğa yol açır:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası zamanı ətraflı və dolğun çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Cənab Prezident İlham Əliyev fevralın 9-da keçirilmiş parlament seçkilərini ölkəmizin həyatında önəmli hadisə olduğunu bildirib. Dövlət başçısı Azərbaycanda bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlamentin formalaşdığını və bunu demokratiyanın inkişafında önəmli addım olaraq adlandırıb. Prezident İlham Əliyev qeyd etdi ki, seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaq və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm