
Politoloq: Sülhməramlılarla bağlı qaranlıq qalan heç bir məqam yoxdur
10:45 17.04.2024
Aktual
586
Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını təsdiqləyib.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, ötən gündən etibarən Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.
Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.
Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.
Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin onsuz da böyük əksəriyyəti Azərbaycan ərazilərini tərk ediblər:

“Rus sülhməramlılarının sadəcə olaraq Qarabağda mina təmizləmə işlərinə cəlb edilməsi ilə bağlı məlumatlar var idi. Artıq bu açıqlamadan sonra mina təmizləmə prosesində də sülhməramlılara ehtiyac qalmadığı aydın oldu. Eyni zamanda, sülhməramlılarla bağlı qaranlıq qalan heç bir məqam yoxdur. Qarabağda yaşayan ermənilərin könüllü şəkildə ərazini tərd etməsindən sonra sülhməramlıların fəailiyyətinə ehtiyac yox idi. Rusiya sülhməramlıları Azərbaycanda müvəqqəti mövcudluğunun tamam olmasına çox az vaxt qalmışdı. Qeyd edək ki, mina təmizləmə ilə bağlı sülhməramlıların içərisində nə qədər ixtisaslı hərbi kadrın olması da sual doğururdu. Ona görə də kontingentin tərkibində dəyişiklik olunduqdan sonra mina mütəxəsisləri sülhməramlı qismində əraziyə cəlb oluna bilərdi”.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm