
Politoloq: Yaxın Şərqdə baş verən hadisələrin Azərbaycana təsiri olmayacaq
10:09 12.01.2024
Aktual
618
Yaxın Şərqdə ciddi eskalasiyaya doğru yeni addım atılıb. Yəməndə müharibə başlayır.
Bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
“Artıq müharibədə Livan, Suriya və İraq iştirak edir. Növbəti dayanacaq və ən mühüm hədəf – İrandır. İranın müdaxiləsi ilə bütün bölgə partlayacaq. Türkiyə və Azərbaycan yaranmış vəziyyətdən öz xeyrinə istifadə edəcək”, - o idda edib
Xaçikyanın sözlərinin nəyə hesablanması və Yaxın Şərqdə gedən bu münaqişələrin Azərbaycana necə təsir göstərəcəyi ilə bağlı “Sherg.az”ın sualını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, erməni ekspertlərin açıqlamalarında adətən gerçəklər təhrifə məruz qalır:
“Ona görədə Ermənistanın ictimai siyasi rəyində olan hansısa şərhlər və praqnozlar çox zaman spekülasiyadan o tərəfə keçmir. Amma faktiki olan odur ki, bu gün Yəməndə ciddi müharibə başlayıb. Artıq ABŞ la Böyük Britaniya kualisiyası Husi obyektlərinə qarşı zərbələr endirir. Bu əlbəttə ki, Qırmızı dəniz böhranından sonra baş verən hadisədir. Bundan əvvəl İran HƏMAS ı qızışdırdı daha sonra İsrail HƏMAS qarşıdurmasında geri addım ataraq, HƏMAS a ciddi dəstək göstərmək imkanı olmadığını bildirdi. Hazırda da Yəməndəki Husilər, Livandakı Hizbullah və digər qüvvələridə İran qızışdırır. Lakin İranın onlara köməklik göstərmək gücü yoxdur”.

Politoloq Artur Xaçikyanın açıqlamalarının regionla bağlı yeni sensasiya yaratmağa xidmət etdiyini vurğulayıb:
“Onun sözlərinin real bir əsasının olduğunu düşünmürəm. Ümumiyyətə yaxın Şərqdə gedən münaqişələr bütün dünyaya iqtisadi baxımdan çox ciddi təsir göstərir. Azərbaycan hər zaman öz sərhədlərini qoruyan, ölkələrlə münasibətlərində balanslı xarici siyasət həyata keçirən ölkədir. Rəsmi Bakı dünyada gedən siyasi katakilizmlərə qarşı rasional qərarlar qəbul etmə qabiliyyətinə görə xüsusi seçilir. Bu baxımdan Yaxın Şərqdə baş verən hadisələrin Azərbaycana təsiri olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm