Politoloq:"Paşinyan səmimidirsə, "Qarabağ Azərbaycandır" desin"



"Ermənistan parlamentinin iclasında çıxış edən Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüynü bütünlüklə tanıdığını deyib. Amma, Paşinyan bütünlüklə dedikdə Qarabağı da nəzərdə tuturmu? Əsas sual budur". 

Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Partiya təmsilçisi bildirib ki, Paşinyan səmimi olduğunu göstərmək istəyirsə "Qarabağ Azərbaycan ərazisidir və orada baş verənlər Azərbaycanın daxili işidir" bəyanatını imzası ilə təsdiq etməlidir: 

"Eyni zamanda Ermənistan qonşu ölkələrə qarşı tanınmış sərhədlər çərçivəsindən çıxış edərək bir daha ərazi iddiası etməməlidir. Paşinyanın daha bir bəyanat da səsləndirilib. Deyib ki, qonşularımıza ərazi iddiasından əl çəkməliyik. Əks təqdirdə qonşular bizim məhv olmağımız istiqamətində fəaliyyət göstərəcəklər". Göründüyü kimi Paşinyan Ermənistanın başqa dövlətlərinin torpaqlarına ərazi iddiasının acı sonluğunu anlayır. Lakin reallığı anlamaq kifayət etmir. Ermənistan çıxış yolunu bilərək addım ata biləcəkmi? Seçim onlarındır".