Pompeo Ukraynaya gedir

ABŞ Dövlət katibi Mayk Pompeo Ukraynaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti paylaşıb. Məlumata görə, səfər yanvarın 3-də baş tutacaq. Onun Kiyevdə Ukrayna prezidenti, xarici işlər naziri, müdafiə naziriylə görüşəcəyi bildirilib.

Qeyd edək ki, Pompeo ötən gün yeni ildə Cənub Şərqi Asiya ölkələrinə, eləcə də Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kiprə səfər edəcəyini bəyan edib.