
Post yeni mərhələnin təməlidir! – “Cənubi Qafqazda erməni layihəsinin iflası...”
Yusif Nəzərli
14:42 25.04.2023
Aktual
767
“Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması ilə Azərbaycan ərazisində hələlik mövcud olan erməni separatizmin təmsilçiləri tam nəzarət altına alınmış oldu”
"Laçın yolunda quraşdırılan nəzarət buraxılış məntəqəsi Cənubi Qafqazdakı vəziyyəti kökündən dəyişdirəcək".
Bunu"Sherg.az"a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu addımın atılması ilə Azərbaycan ərazisində hələlik mövcud olan erməni separatizmin təmsilçiləri tam nəzarət altına alınmış oldu:

"Bundan sonra erməni terrorçular Azərbaycan ərazisində rahat hərəkət edərək, silah-sursatla təmin oluna bilməyəcəklər. Eyni zamanda onların rotasiyası da bundan sonra baş tutmayacaq. Yəni Ermənistanın Azərbaycan torpaqlarında hər hansısa təxribat törətmək imkanı, demək olar ki, qalmadı".
Beynəlxalq güclərin postun qurulmasına nə reaksiya verəcəyindən bəhs edən analitik əlavə edib ki, Fransa, Rusiya, ABŞ və Aİ-nin bəyantlarında yalnız narahtlıq vurğulanır:
"Yəni bu bəyanatlar növbətçi xarakter daşıyır və Azərbaycandan Laçın yoluna qurulmuş nəzarət buraxılış məntəqəsinin ləğv olunması ilə bağlı heç bir tələb yoxdur. Heç bu ola da bilməz. Çünki Azərbaycan bu məntəqəni beynəlxalq hüquq normaları çərçivəsində qurub. Hər bir dövlətin öz sərhədlərini qoruması və nəzarət etməsi suveren hüququdur. Azərbaycan da bundan istifadə edib.
Ona görə də heç bir xarici ölkə və beynəlxalq təşkilatların Azərbaycandan fərqli bir şey tələb etmək haqqı yoxdur. Əgər belə bir tələb irəli sürərlərsə, bu halda BMT nizamnəməsini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuş olurlar. Ümumiyyətlə Azərbaycan öz suveren hüququndan istifadə edərək doğru addım atıb. Bu addım Cənubi Qafqazda erməni layihəsinin iflasa uğradılması mərhələsinin başlaması deməkdir".
Xatırladaq ki, Aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Qeyd edək ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə atılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya