Prezident Gənclər Forumunda Sorosçuların planlarını ifşa etdi!
Yusif Nəzərli
10:13 03.02.2022
Aktual
708
Fevralın 2-də Bakıda Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak edib.
Forumda çıxış edən ölkə başçısı həm çıxşı əsnasında, həm də form iştirakçılarının suallarını cavablandırarkən bir çox mühüm məqamlara toxunub. Hesab edirəm ölkə başçısının çıxışında ən diqqətçəkən məqam onun məşhur amerikalı sahibkar Corc Soros haqda dedikləri idi. Belə ki, İlham Əliyev qeyd edib ki, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur: "Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər”.
Prezidentin məhz Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bu məqamı qeyd etməsi və Sorosu açıq hədəf seçməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, qlobalistlər və onların üzdə görünən siması, dünyada “inqilabların atası” olaraq tanınan amerikalı milyarder Corc Sorosun "açıq cəmiyyət” ideyasının əsas hədəf auditoriyası məhz gənclərdir. Təsadüfi deyil ki, hazırda dünyanın əksər ölkələrində qlobalist hərəkatına gənclər sürətlə cəlb olunur. Özü də bu proses məhz Soros Fondunun maliyyələsi ilə həyata keçirilir.
Prinsip etibarilə Azərbaycan Prezidentinin gənclər qarşısında qeyd etdiyi “sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir” sözlərini Soros 2020-ci ildə Davos İqtisadi Forumununda etiraf edib. Soros bu sözləri qeyd edir:
“Açıq Cəmiyyət İnstitutu” layihəsi həyatımın ən önəmli işidir. Bunun bütün dünyadakı universitetlərin qatılacağı və araşdırma aparmaq üçün beynəlxalq platforma olacağını planlaşdırırıq. Bu layihəyə 1 milyard dollar əlavə pul ayırırıq. Lakin təkbaşına qlobal bir şəbəkə qura bilmərik. Dünyanın hər yerində ortaqlara və dəstəkçilərə ehtiyacımız var”.
Göründüyü kimi Soros ideologiyasını, gənclər təşkilatları üzərindən gənclərə yeritmək, beləcə onları dövlətlərin siyasi elit zümrələrinə təzyiq aləti kimi istifadə etmək istəyir. Soros özü də yaxşı bilir ki, hər şeyi sorğulayan, mənasını, mahiyyətini dərk etməyə can atan gənclər cəmiyyətin, toplumun ən aktiv, pasionar təbəqəsi olduğu üçün yeni gördükləri bu fikirləri həyata keçirməyə çalışacaq.
Sorosun gənclər üzərində yeritdiyi bir düşüncə tərzi də mənsub olduğu qlobalistlərə zidd olan bütün başqa fikirləri rədd etmək, onları mənfi şəkildə təqdim etməkdir. Misal üçün Soros təsirində olan gənclərə qlobalizmdən kənar nə varsa pisdir, insan hüquqları yoxdursa diktatura, totalitarizm var düşüncəsi yeridilir. Təəssüf ki, bu gün ölkəmizdə də belə gənclərin sayı günbəgün artır.Təcrübəsiz gənclər də bu kimi şüarlara tez aldanaraq onlara uyur, əslində isə Sorosun və qlobalistlərin ardınca gedir. Hesab edirəm Prezidentin məhz fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində Sorosun gənclər üzərindən yeritdiyi planı ifşa edərək yenə gənclərə təqdim etməsi həm cəsarətli, həm də yerində addım idi. Faktiki olaraq ölkə başçısı Azərbaycan gəncliyinə üzünü tutaraq göz görə-görə bu qüvvələrin əlində oyucaq olmamağı məsləhət gördü.
Politoloq Turan Rzayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət