“Prezidentin söylədikləri dünya ictimaiyyətinə bir mesajdır”
Fidan Həmişəyeva
14:12 15.07.2021
Aktual
560
“...Emənilərin qonşu dövlətlərlə sakit və rahat yaşamaq qabiliyyətləri yoxdur”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xocasəndə şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak edib. Cənab Prezident qeyd edib ki, bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır:
“İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır”.
Ölkə başçısının bu cür mesajlar verməsinin uğurlu hal olduğunu söyləyən tarixçi-alim Nəsiman Yaqublunun sözlərinə görə, bu açıqlama ilə bütün dünyaya çatdırırıq ki, tarixi torpaqlarımız hər zaman qoruyacağıq:
“Eyni zamanda vaxtilə ermənilərin əldə etdiyi torpaqlar uğrunda mübarizəmizi hüquqi müstəvidə davam etdirəcəyik. Problemlər bizdən asılı olmadan yaranıb. Ona görə də problemlərin törədilməsinə dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Bilsinlər ki, yaradılan Ermənistan dövləti hansısa dövlətlərin marağı çərçivəsində yaranıb. Yəni həmin torpaqlar ermənilərin əsli-kökü olan torpaqlar deyil. Bir sözlə, Şərqi və Qərbi Zəngəzur Azərbaycan torpaqlarıdır, qədim azərbaycanlıların yaşadığı yurddur. Sadəcə olaraq proseslərdən istifadə edən ermənilər bizim torpaqlarımızda özlərinə “dövlət” qurub, bu gün də qonşu dövlətlərin torpaqlarını almaq siyasətini davam etdirirlər. Prezidentin söyləydikləri həm də dünya ictimaiyyətinə bir mesajdır ki, ermənilərin qonşu dövlətlərlə sakit və rahat yaşamaq qabiliyyətləri yoxdur. Torpaqlarımızın işğaldan azad edilməsi, yeni sturukturların yaradılıması və yeni inkişaf perspektivləri müəyyənləşdirilir. Bütün bunlar inkişafımıza doğru gedən uğurlu addımlardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm