Professor kanalları müdafiə etdi: "Onların fəaliyyəti təqdirəlayiqdir"
Banuçiçək Kalbalıyeva
12:38 30.05.2020
Aktual
941
"Karantin rejiminin zəifləməsi yoluxanların sayının artması fonunda baş verir. Yəni tərs mütənasiblik var. Məntiq yoxdur. Amma səbəb var: əhalinin əksəriyyəti təhlükənin reallığını ciddi qəbul etmir və rejimə riayət etmir".
Bunları tanınmış iqtisadçı, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov özünün "Facebook" hesabında yazıb.
O, televiziya kanallarını da günahlandırır: "Bunun iki səbəbi var. Karantinin ilk günlərindən bildirmişəm ki, telekanallar siyasətlərini dəyişməli idi. Yeni verilişlərin çəkilişi (xüsusilə qonaqların dəvət edilməsi ilə) minimuma endirilməli idi. Üstünlük filmlərə və teletamaşalara verilməli idi. Amma belə olmadı. Əhali gördü ki, ən çox inandığı yerdə-Tv- də əvvəlki kimi çal-çağır və dambadurumdur. Çoxları üçün elita televiziyaya çıxanlardır. Əhali düşündü ki, onlar canı üçün qorxmursa, deməli, təhlükə yoxdur...".
BDU- nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli isə "Sherg.az"a bildirib ki, narahatlığa əsas yoxdur:
"Mən televiziya kanallarını diqqətlə izləyir və onların fəaliyyətini bəyənirəm. Düzdür, şou- biznes proqramları müəyyən qədər karantin qaydalarını pozur, amma ümumi mənada onların fəaliyyəti təqdirəlayiqdir. AzTV efirində yayımlanan və mənim maraqla izlədiyim "Çıxışa doğru", İctimai TV-nin efirində "Sabaha saxlamayaq" kimi verilişlərdə qonaqlar, aparıcı sosial məsafəni qoruyur, hərəsi divanın bir küncündə oturur və əllərinə əlcək taxırlar. Həmçinin "Real" TV-nin müxbirləri də reportajlar hazırlayarkən respondentlə aralarında məsafə saxlayır, qoruyucu vasitələrdən istifadə edirlər. Onlar bu hərəkətləri ilə, əksinə, tamaşaçılara nümunə olurlar. Odur ki, şəxsən mən AzTV başda olmaqla kanallarımızın fəaliyyətindən razıyam".
Professor bir çatışmazlığı da vurğulayıb:
"Deməliyəm ki, bəzən kanallarımız pandemiyanı infodemiyaya çevirirlər. Bu isə əhali arasında panikanın yaranması ilə nəticələnir. Dezinformasiya virusdan daha qorxuludur. Odur ki, bəzi kanallar yayım siyasətlərinə daha diqqətlə yanaşmalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm