Putin: “Rusiya İran və Azərbaycanla yükdaşımalarla bağlı sazişin imzalanacağına ümid edir”
Yusif Nəzərli
09:40 17.05.2023
Aktual
504
“Rusiya İran və Azərbaycanla dəmir yollarının və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir”.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu İranda Rəşt-Astara dəmir yolu hissəsinin (Şimal-Cənub dəhlizinin bir hissəsi) yaradılmasına dair sazişin imzalanması mərasiminə videobağlantı vasitəsilə qoşulan Rusiya Prezidenti Vladimir Putin deyib.
"Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. Biz hazırlığın üçtərəfli formatda, Azərbaycanın da iştirakı ilə tezliklə başa çatmasını gözləyirik”, - Putin bildirib.
O qeyd edib ki, bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüquqi baza yaradacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi