Putin tələsir və istəyi bəllidir
Yusif Nəzərli
09:28 18.05.2023
Aktual
389
Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq
“Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücüylə işləməsi üçün Azərbaycanla İran arasındakı münasibətlərin normallaşmasına ehtiyac var
Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi Rəşt-Astara dəmiryolu hissəsinin tikintisinə dair sazişin imzalanması mərasimində iştirak ediblər. Putin mərasimə videobağlantı vasitəsilə qatılıb. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılması işlərini birgə maliyyələşdirəcəklər. Qeyd edək ki, Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Bu xətt Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrinin birləşdirilməsi və transxəzər marşrutunun iqtisadi səmərəliliyinin artırılması üçün əhəmiyyət kəsb edir. Ehtimal olunur ki, Rəşt-Astara xətti Moskva və Tehranın iştirakı ilə, Astara (İran şəhəri)-Astara (Azərbaycan şəhəri) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə inşa ediləcək.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Kreml sahibi Vladimir Putin tələsir, çünki Ukrayna bataqlığı və Qərb sanksiyaları Rusiya iqtisadiyyatını çökdürməkdədir. Ekspertin sözlərinə görə, Putin mənfi təsirləri azaltmaq üçün qısa zamanda “Şimal-Cənub” nəqliyyat dəhlizini işə salmaq istəyir: "Dəmiryolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirəcək. Tikintidə Rusiya Dəmir Yolları iştirak edəcək. Vaxtilə Rəşt-Astara dəmiryolunun tikintisi üçün Azərbaycan 500 milyon dollar kredit ayırmalı idi. Ancaq ABŞ İrana qarşı sanksiyalar qəbul etdikdən sonra İrana kredit ayırmaq çətinləşdi. Daha sonra İranın Azərbaycana qarşı artan təxribatları bu ölkəyə kredit verilməsini mümkünsüz hala gətirdi. Bu halda Kreml ön plana çıxaraq Rəşt-Astara dəmiryolunun tikintisini öz üzərinə götürdü. Putinin istəyi bəllidir. Sadəcə “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücüylə işləməsi üçün Azərbaycanla İran arasındakı münasibətlərin normallaşmasına ehtiyac var. Tehranın siyasəti hələ ki, buna imkan vermir. Bu halda “Şimal-Cənub” nəqliyyat dəhlizi necə işləyəcək?".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi