Putin Trampı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı Yeni il münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Putin təbrik məktubunda Rusiya və ABŞ-ın qlobal təhlükəsizlik və sabitliyin təmin edilməsində tarixən xüsusi məsuliyyət daşıdıqlarını qeyd edib. Moskvanın ikitərəfli münasibətlətin normallaşdırılması və qarşılıqlı maraqlar əsasında bərabərhüquqlu dialoqun təmin edilməsini arzuladığını vurğulayıb.

Həmçinin, Putin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə təşkil edilən tədbirlərdə iştirak etmək üçün Trampa göndərdiyi dəvəti təsdiq edib.