Putin Ukrayna davasını itirir
Putin Ukrayna davasını itirir
Yusif Nəzərli
08:23 24.05.2023
Aktual
430
Moskva yalan ifşa olunana kimi "Vaqner"i ərazidən "qəhrəman" şəklində çıxarmağa çalışır
Ukrayna ordusu Kupyansk, Liman, Baxmut, Avdeyevka və Marinka istiqamətlərində rusların çoxsaylı hücumlarını dəf etməkdə davam edir. Son sutka ərzində ruslar bu cəbhə xəttində 37 hücum həyata keçirməyə cəhd ediblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilib ki, ötən sutka ərzində Baxmut istiqamətində ruslar İvanovskoye qəsəbəsinin cənubunda itirilmiş mövqelərini bərpa etməyə çalışıblar: "Düşmən Qriqorovka istiqamətində də uğursuz hücum əməliyyatları keçirib.
Baxmut uğrunda döyüşlər davam edir. Düşmən Donetsk vilayətinin Vasyukovka, Markovo, İvanovskoye, Belaya Qora, Toretsk və Nyu-York yaşayış məntəqələrini atəşə tutub. Kupyansk istiqamətində ruslar Masyutovka ərazisində irəliləməyə çalışıblar. Xarkovun müxtəlif əraziləri artilleriya və minaatanlardan atəşə tutulub. Liman istiqamətində isə Rusiya ordusu Nevski vilayətinə aviasiya zərbələri endirib”. Ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib ki, Priqojinin Rusiya hərbi rəhbərliyi ilə münaqişəsi səbəbindən vaqnerçilərin şəhəri tərk etməsinə icazə verilməyəcək: "Uğurlu əks-hücumlar həyata keçiririk, uğurumuz var, onu Baxmutun şimalında və cənubunda falankslarda inkişaf etdiririk. Baxmutun Ukrayna Silahlı Qüvvələri tərəfindən artıq mühasirəyə alınması təhlükəsi var. Priqojinin ordusunun qalıqlarını geri çəkməyə niyə bu qədər tələsməsinin izahı buradadır". Qeyd edək ki, "Vaqner" rəhbəri Yevgeni Priqojin mayın 25-də tabeliyində olan döyüşçülərin Baxmutu tərk edəcəyini bildirib. Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal deyib ki, Rusiya uzunmüddətli müharibəyə hazırdır.
Onun sözlərinə görə, Rusiya cəmiyyətindəki mübahisələr Vladimir Putin rejimi üçün təhlükə törətmir: “Putinin sistemində heç bir çat görmürük. Ukraynaya qarşı müharibənin tənqidi adi fikir ayrılıqlarıdır, rejim üçün təhlükəli deyil. Rusiya hələ uzun müddət müharibə aparmağa qadirdir. Onun hələ xeyli silah və texnikası var”.
ABŞ-nin Avropadakı quru qoşunlarının keçmiş komandanı Mark Gertlink deyib ki, Rusiyanın Belqorod vilayətində baş verən hadisələr Ukraynanın əks-hücumdan əvvəl formalaşdırılan əməliyyatlarının davamı ola bilər. Yaxın gələcəkdə bir sıra aldadıcı manevrlər müşahidə olunacaq: “Reydlər düşmənin planlarını pozan və çaşqınlıq yaradan qəfil hücumlardır. Bütün bunlar əsas hücumun harada olacağı ilə bağlı düşməni çaşdırmaq üçün adətən iri hücum əməliyyatlarından əvvəl həyata keçirilən hərbi plan və hərəkətlərdir”.
Politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, Baxmut şəhərinin "Vaqner"in nəzarətinə keçməsini elan edən Priqojin döyüşdən qaçmağa hazırlaşır. Analitik deyib ki, "Vaqner" rusların ordu adlandırdığı qruplaşmaların içərisində tək döyüşmək qabiliyyəti olan nüfuzu qalmış ordudur:
"Ukrayna ordusu da Baxmutun geri alınması əməliyyatını başladıb və tədricən irəliləməkdə davam edir. Bu durumda "Vaqner"in son nüfuzlu rus ordusu kimi məğlub olması bütün rus ordusunun, ümumiyyətlə isə Rusiyanın artıq ordusunun tamamı ilə işəyaramaz olduğu görüntüsü yaradacaq.
İndi "Vaqner"in Baxmutdan guya çıxarılması və yerinə Müdafiə Nazirliyinin qoşunlarının yerləşdirilməsi taktikası Rusiyanın "Vaqner"in mövcud olduğu Liviya, Cənubi, Mərkəzi Afrika və s. regionlardakı nüfuzunu saxlamaq məqsədi güdür.
Rusiya Ukraynada məğlub olsa da, həmin regionlarda məğlub olmaq istəmir. Məğlub olmuş "Vaqner"in həmin regionlarda sözünün keçməyəcəyi açıq-aydındır. Baxmutun itirildiyini guya Zelenskinin də təsdiq etməsi yalandır.
Ukrayna ordusu Baxmutda irəlilədiyini və əsirlər götürdüyünü qeyd edir. Putinin tez-tələsik "Vaqner"i təbrik etməsi və döyüşdə fərqlənənlərə medallar verəcəyini deməsi göstərir ki, Moskva yalan ifşa olunana kimi "Vaqner"i ərazidən "qəhrəman" şəklində çıxarmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region