Putindən mübhəm gediş:“Sülhməramlıların Qarabağdakı fəaliyyətinə bəraət..."
Fidan Həmişəyeva
13:32 23.06.2021
Aktual
735
“Guya rus sülhməramlılarının varlığına görə atəşkəs dayanıb”
“Ruslar bölgədə qaldıqda heç vaxt Ermənistanla Azərbaycan arasında sülh imzalanmayacaq”
“Münaqişə “dondurulmuş” forma alacaq ki, Rusiyanın bölgədə rolu və siyasəti davam etsin”
"Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb". Bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirakçıları salamlayarkən bildirib.
“Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər. Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür”.
Onun sözlərinə görə, Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur. Bundan sonra da münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, “ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə” kömək göstərmək niyyətindədir.
Əslində Qarabağda münaqişənin bitdiyi çoxdan məlumdur. Hətta bu barədə ölkə başçımız də dəfələrlə çıxış edib. Belə olan halda Putin “münaqişə dayandırılıb” deməklə hansı mesajı vermək istəyir?.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Sherg.az”a söyləyib ki, Putin verdiyi açıqlama ilə sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyətinə bəraət qazandırmaq istəyir:
“Guya rus sülhməramlılarının varlığına görə atəşkəs dayanıb. Fikrimcə, burada Rusiyanın hansısa bir rolu yoxdur. Ermənistanla Azərbaycan qarşılıqlı şəkildə bir-biri ilə əlaqə qurub sülh müqaviləsi imzalaya bilər. İki dövlət üçüncünün iştirakı olmadan qonşuluq və dostluq münasibətlərini yaratmaq iqtidarındadır. Ruslar bölgədə qaldıqda heç vaxt Ermənistanla Azərbaycan arasında sülh imzalanmayacaq. Münaqişə “dondurulmuş” forma alacaq ki, Rusiyanın bölgədə rolu və siyasəti davam etsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm