Qarabağ münaqişəsi artıq tarixdə qalıb
Yusif Nəzərli
05:30 01.11.2022
Aktual
535
Azərbaycanın irəli sürdüyü 5 əsas prinsip dəyişməzdir
Prezident İlham Əliyev mesajı ilə Paşinyanın mövqeyinin perspektiv üçün məzmunsuz olduğunu göstərdi
Dünən Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya rəhbəri Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Prezident İlham Əliyev 2 il əvvəl Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Vladimir Putinə bir daha təşəkkür edib. Dövlət başçısı birmənalı vurğulayıb ki, Qarabağ münaqişəsi 2 il əvvəl həll edilib. Prezident qeyd edib ki, Azərbaycan bu yaxınlarda 5 əsas prinsip irəli sürüb: "Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar. Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub. Bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatdır”. Prezident vurğulayıb ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edir. Rusiya Prezidenti Vladimir Putin də öz növbəsində deyib ki, görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə etdiyimiz bütün razılaşmaların icrasını təmin etməkdir: "Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında vacib rol oynayıb. Bu qiymətə görə mən sizə minnətdaram. Hazırda sülhməramlı kontingentimiz öz missiyasını yerinə yetirir. Bu gün əlbəttə ki, mövcud vəziyyətlə bağlı danışmaq lazım olacaq, həll olunmayan məsələlərin həll yollarını axtarmaq gərək olacaq. Bununla əlaqədar, bizim tərəfimizdən yaradılan üçtərəfli işçi qrupu qeyd etmək istərdim. Onlar bir çox məsələlərin həllində çox irəli gediblər. Görünür burda da, əlavə impuls vermək lazım gələcək. Bilirəm ki, Azərbaycan tərəfi bu əsasda aktiv işləyir. Müzakirə edəcəyim məsələlərin dairəsi olduqca böyükdür. Sizi görməyə şadam”. Putin baş nazirin müavinlərinin rəhbərlik etdiyi Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli işçi qrupunun işinə əlavə təkan verilməsini zəruri hesab edib. O, Azərbaycan tərəfinin bu istiqamətdə kifayət qədər fəal işlədiyini söyləyib: "İqtisadi xarakterli mühüm komponenti də qeyd edərdim. Biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirin müavinləri rəhbərlik edir. Onlar iki il əvvəl danışdığımız məsələlərin həlli baxımından xeyli irəliləyiblər”.
Ekspertlər vurğulayıblar ki, dövlət başçısı İlham Əliyev Qarabağ məsələsinin masada müzakirəsinə icazə verməyəcəyini elan etdi. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı danışıqların Rusiyanın hansısa “15 bəndlik təklifi” yox, Bakının formalaşdırdığı, İrəvanın və Moskvanın da qəbul etdiyi 5 prinsip çərçivəsində mümkün olacağının mesajını verdi.
Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, Prezident İlham Əliyev həmkarı Putinlə görüşdə "Qarabağ münaqişəsi tarixdə qaldı" deməklə Nikol Paşinyanın mövqeyinin perspektiv üçün məzmunsuz olduğunu göstərdi: "Bununla belə, etiraf etmək lazımdır ki, Rusiyanın Qarabağla bağlı mövqeyindəki bəzi nüanslar Azərbaycanı qane etmir. Ölkə rəhbəri İlham Əliyevin Putinlə uzlaşma şansı isə Paşinyandan qat-qat çoxdur. Bura Türkiyə faktorunu da əlavə etsək, Ermənistan üçün labirintin gələcəyini təsəvvür etmək elə də çətin deyil. Hesab edirəm ki, Qarabağda antiterror əməliyyatlarının və sərhəddəki hərbi əməliyyatların anonsu verilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə