Qars hərbi təlimlərində mühüm mesaj var
07:42 20.01.2021
Aktual
526
"Azərbaycan və Türkiyəyə qarşı hansısa pis niyyətdə olmaq istəyənlər gələcəkdə onları birgə görəcəklər"
“Qarşıda gözlənilən Türkiyə-Azərbaycan hərbi təlimləri vasitəsilə Türkiyə iki vacib problemi həll edir: birincisi, Ərdoğan dünyaya regionumuzda onun artıq ən vacib hərbi amil olduğunu, eyni zamanda Azərbaycana xidmət edən, silahlı qüvvələri də türk marağına xidmət edən bir dövlət olduğunu göstərməyə davam edir”. Bunu erməni politoloq Hrant Melik-Şahnazaryan deyib. Şahnazaryan qeyd edib ki, yeni müharibə təhlükəsi açıq bir reallıqdır.
“Növbəti Türkiyə-Azərbaycan hərbi təlimləri yeni və dünya müharibəsinin döyüş çağırışıdır? Yeni müharibə təhlükəsi açıq bir reallıqdır” - deyə o, bildirib.
Mövzuya münasibət bildirən politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, hərbi təlimlərin Ermənistanla sərhəddə keçirilməsi həm Ermənistana, həm də Rusiyaya, o cümlədən qonşu İrana bilavasitə mesaj ola bilər. Çünki məhz Türkiyənin siyasi dəstəyi fonunda Azərbaycan 44 günlük Vətən müharibəsində uğur qazanaraq Qarabağ torpaqlarının böyük əksəriyyətini azad etdi:
"Qars vilayətində bu iki qardaş ölkənin yenidən təlimlər keçməsi Azərbaycan və Türkiyənin ayrılmaz birlik olduqlarını dünyaya bir daha nümayiş etdirir. Yəni bu məsələdən narahat olan ölkələrə verilən bir siyasi mesajdır. Əlbəttə ki, məsələnin texniki tərəfləri də mövcuddur. Çünki Azərbaycan Ordusunun peşəkar səviyyədə mövcud olması üçün bu cür hərbi təlimlərə ehtiyacı var. Bu gün müasir müharibələrdə bir çox texnikaların, eyni zamanda müharibələrin əsas qüvvəsi olan hava qüvvələriinin peşəkarlığına xüsusi önəm verilirr. Bu yöndə Türkiyə dünya dövlətləri içərisində ən öndə gedən dövlətlərdən biridir. Erməni siyasətçilərinin fikri başadüşüləndir. Bu həm də müharibədən dərhal sonra Ermənistana və onu müdafiə edən Fransa kmi ölkələrə dolayısı yolla siyasi mesajdır".
Politoloq əlavə edib ki, hərbi təlimlər həm də açıq mesajdır:
"Azərbaycan və Türkiyəyə qarşı hansısa pis niyyətdə olmaq istəyənlər gələcəkdə onları birgə görəcəklər: "Əlbəttə ki, bu da Azərbaycanın Qarabağ masasında gələcəkdə müəyyən mənada mövqelərini gücləndirən amildir. Bildiyimiz kimi, hələ də Qarabağın dağlıq hissəsində ermənilərin yaşadığı Xankəndi və digər bölgələrdə bizi narahat edən məqamlar mövcuddur.
Çünki bu bölgələrə Azərbaycan Ordusu nəzarət etmir. Burada da baş verən proseslər nəzarətimizdə olmadığı üçün əlbəttə ki, gələcəkdə bizi hansı təhlükələrin gözləyəcəyi barədə əminlik yaratmır. Bu da Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edir.
Rusiyanın Xarici işlər nazir Lavrovun son açıqlamasında Azərbaycan ictimaiyyətini son dərəcə narahat edən məqamları dilə gətirdi. Dağlıq Qarabağın statusu məsələsinin gələcəkdə məhz Minsk qrupu həmsədrlər institutu çərçivəsində həllini vurğulamaqla dolayısıyla Lavrov ermənilərin meydanına yenidən top atdı.
Bu da əlbəttə ki, Azərbaycanın Qarabağ üzərində ərazi bütövlüyünə şübhə və təhlükələr yaradır. Ona görə də düşünürəm ki, Qarsda keçirilən bu hərbi təlimlər həm də dolasıyla Rusiyaya mesajdır ki, biz Qarabağda onun istədiyi kimi davranışlara imkan verməycəyik. Bu məsələdə Azərbaycan heç də tək deyil.
Fikrimcə, bu, xüsusi önəm daşıyır. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun Lavrovdan öncəki açıqlaması da buna sübutdur ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm