
Qazidən Tolikə hərbi dərs: “Bu məsələ onun başı, düşüncəsi üçün deyil”
Yusif Nəzərli
14:12 14.01.2022
Aktual
520
“Son vaxtlarda cənab prezident İlham Əliyevin tapşırığı və nəzarətilə orduda "MAXE" strukturu ilə bağlı islahatlar həyat keçirilib və döyüşlərdə də öz nəticəsini verib”
“Tolik kimilərin bu məsələlərə fikir bildirməsi ayıbdır. Şəhidlər, qazilər, veteranlar və hərbçilərə dair qanun qəbul olunmalıdır”
“Bu məsələ nizamlanmalıdır”
Prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir edib.
“Sherg.az” xəbər verir ki, “Tik-tok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zaman MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur:
“MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.
Əlbəttə, prodüser bu fikirləri ölkə ictimaiyyətində ciddi tənqid atəşinə tutuldu.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da Tolikin hərbçi, hərbi anlayış, MAXE, zabit şərəfi və s. bilən insan olmadığını bildirib:
“MAXElər müddətdən artıq hərbi qulluqçulardı. Onlar da əsgərlərlə bərabər xidmət çəkirlər. Ön cəbhədə postlarda dururlar, düşmənlə üzbəüz döyüşürlər. 44 günlük Vətən müharibəsində xeyli sayda maxe şəhid olub. Bu məsələlər onun başı, səviyyəsi və düşüncəsi üçün deyil. Çox yaramaz ifadə işlədib. Ona aid olmayan məsələlərə qarışıb. Çox təəssüf ki, mediada və televiziyada boşluqlar olanda Tolik kimilər at oynadır. Son vaxtlarda cənab prezident İlham Əliyevin tapşırığı və nəzarətilə orduda "MAXE" strukturu ilə bağlı islahatlar həyat keçirilib və döyüşlərdə də öz nəticəsini verib”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu cür halların baş verməməsi üçün müəyyən ölçü götürülməlidir:
“Tolik kimilərin bu məsələlərə fikir bildirməsi ayıbdır. Şəhidlər, qazilər, veteranlar və hərbçilərə dair qanun qəbul olunmalıdır. Onlara qarşı edilən hər hansısa səhvə görə çox sərt cəza tədbirləri tətbiq edilməlidir. Yerindən duran hərbçiyə “dil uzadır”. İstər siyasi partiya rəhbəri olsun, istər prodüser, şair və s. olsun. Heç kimin belə danışmağa haqqı yoxdur. Bu məsələ nizamlanmalıdır”.
Cəmilə Əzim
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm