Qərbin bu maxinasiyadan əvvəldən xəbəri var idi - Politoloq
08:30 20.04.2023
Aktual
470
Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərir
Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərən ölkələr sırasındadır. Bu, "Nyu-York Tayms" qəzetindəki məqalədə deyilib. ABŞ və Aİ-nin yüksəkvəzifəli məmurlarına istinad edən müəllifin sözlərinə görə, Ermənistandan Rusiyaya silah istehsalında həlledici əhəmiyyət daşıyan çiplərin tədarükü artıb. Qeyd olunub ki, 2022-ci ildə Ermənistan ABŞ-dən 2021-ci illə müqayisədə 515 faiz daha çox, Aİ-dən isə 212 faiz daha çox çip və prosessor idxal edib. Sonra isə 97 faiz eyni məhsulları Rusiyaya ixrac edib. Beləliklə, aydın olub ki, Qərbin sanksiyalarından yayınaraq malların Rusiya və ya Belarusiyaya qanunsuz yönləndirilməsində Ermənistandan istifadə olunur. Sənədə əsasən, daha çox yayılmış taktikalardan biri məhdudiyyətlərdən qaçmaq üçün kənar vasitəçi və ya məntəqələrdən istifadədir.
Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin iqtisadiyyatındakı cüzi artımı inkişafla əlaqələndirib. Hətta Azərbaycanın bunu gözü götürmədiyini iddia etmiş, sərhəddəki gərginliyin bununla əlaqəli olduğunu demişdi:
"Rusiyanın mallarını öz adına alıb-satmaq nə vaxtdan "inkişaf" olub?. Qərbin bu maxinasiyadan əvvəldən xəbəri var idi və bu, bir sıra Qərb analitiklərinin çıxışlarında vurğulanırdı. Onlar Ermənistana, Gürcüstana xəbərdarlıq edirdilər ki, bundan imtina etsinlər. Qərbin Ermənistana hansısa ciddi təzyiq edəcəyinə ehtimal vermirəm. Lakin müxtəlif kanallarla bunun qarşısının alınması üçün addımların atılacağı şübhəsizdir. Qərb bu məqsədlə Ermənistana çip və Rusiyaya strateji məhsul satan firmalara sanksiyalar qoyacağını elan edə bilər. Bu, sanksiyalardan əlavə yollarla yayınanların qarşısını alar. Amerika bunu Çin şirkətlərinə tətbiq edib. İrəvan fürsətdən yararlanıb mənfəət əldə etmək istəyir. Görünən odur ki, yaxşı da pul qazanır. Buna görədir ki, Paşinyan Hindistandan silah almaqdan dəm vurur. Ancaq Qərb Ermənistanın hərəkətlərinə imkan verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq