Qırmızı Xaçın nümayəndələri İrəvanda əsgərlərimizə baş çəkib
Yusif Nəzərli
02:46 20.04.2023
Aktual
330
Nəyin bahasına olursa-olsun, əsgərlərimiz əsirlikdən xilas edilməlidir
İlk fürsətdə namərd düşməndən bu vəhşiliyin qisası alınmalıdır
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ermənilər tərəfindən girov götürülmüş iki əsgərimizə İrəvanda baş çəkiblər. Nümayəndə hər iki əsgərimizlə - Aşqin Bəbirov və Hüseyn Axundovla görüşüb. Əsirlərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Lakin prosedurlara uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız əlaqə saxlayan tərəflə paylaşılır. Qeyd edək ki, aprelin 10-da əlverişsiz hava şəraitində yolu azaraq Ermənistana keçmiş iki əsgərimiz ermənilər tərəfindən saxlanılıb. Əsgərlərimizin dəhşətli işgəncələrə məruz qaldığını əks etdirən videogörüntülər də yayılıb. Girovlarımızla bağlı uydurma cinayət işi də açılıb. Əsgərlərimiz “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.
Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Şərq"ə deyib ki, ermənilər düşmənçiliyi müharibə qanunları və əxlaq çərçivəsində aparmırlar. Politoloq bildirib ki, ermənilərin namərdliyi və fürsətcilliyi bütün dünyaya bəllidir:
"Əsgərlərimiz əsir düşərkən silahsız olublar, bu, onlara mülki adam kimi davranmağa əsas verir. Belə hallarda Azərbaycan dəfələrlə olub ki, əsiri öz dövlətinə qaytarıb. Ermənistan isə özünü çox alçaqcasına aparır, silahsız gənc uşaqlara qarşı amansız işgəncə tətbiq edir. Mülki erməni əhalisi əsirlərə divan tutmaq üçün növbəyə dayanır. Bu, bir daha onu sübut edir ki, təkcə rəsmi qurumlarla deyil, bütövlükdə xəstə zehniyyətə malik bir toplumla qonşuyuq. Əsgərimizin təpikləndiyi videomateriala ürək ağrımadan baxmaq mümkün deyil".
H.Rüstəmov vurğulayıb ki, Azərbaycan iki əsgərimizi nəyin bahasına olursa-olsun, əsirlikdən xilas etməlidir:
"Eyni zamanda ilk fürsətdə namərd düşməndən bu vəhşiliyin qisası alınmalıdır. Bunu deyərkən təkcə hərbi zərbəni nəzərdə tutmuram. Ermənistana beynəlxalq səviyyədə layiq olduğu yeri göstərmək və informasiya cəbhəsində maksimum küncə sıxışdırmaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq