Qış gəldi... - Dəm qazı təhlükəsi artıb
Yusif Nəzərli
20:28 07.12.2022
Aktual
533
Standartlara cavab verməyən qaz cihazları təhlükə mənbəyidir
Dəm qazından zəhərlənmə hallarında artım müşahidə olunur. Son günlərdə bir neçə nəfər dəm qazından boğularaq ölüb. Bir neçəsi də zəhərlənməyə məruz qalıb. Ekspertlər isə hesab edir ki, son illərdə aparılan maarifləndirmə və təhlükəsizlik qaydalarına riayət edilməsi nəticəsində illik statistikada azalma olsa da, belə hallar aradan qalxmır.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı “Şərq”ə açıqlamasında deyib ki, insanlar diqqətli olmalı, evdə qaz cihazları və borularının normal vəziyyətdə olmasına, hava çıxışlarının təmiz olmasına fikir verməlidirlər:
“Bəzi hallarda suqızdırıcı qaz cihazlarının qapalı hamamda qoyulması və hamam otağının hava çıxışları olmadığından karbon-monoksiddən boğulma baş verir. Bu qazın iy-qoxusu olmadığından hiss etmək mümkün olmur.
Evlərdə quraşdırılmış qaz avadanlıqlarından düzgün istifadə olunmadığı müddətcə bu vəziyyət davam edəcək. Üstəlik, bu avadanlıqların quraşdırılması mütəxəssislər tərəfindən deyil, həvəskar ustalar və ya ev sahibi tərəfindən həyata keçirilirsə, təhlükə ikiqat artır.
Qazsızmalar da böyük faciələrə yol aça bilir. Mütləq şəkildə mənzillərdə və obyektlərdə qaz detektoru olmalıdır. Hazırda bu cihazlar ucuz qiymətə hər yerdə satılır.
Qaz təchizatçısının üzərinə düşən öhdəlikləri də qeyd etməliyik. İndiyədək qaz işçilərinin mənzilə daxil olması qadağan idi, onlar yalnız sayğaca qədər baxa bilərdilər. Bu ildən etibarən qaz istismar idarələri əməkdaşlarına mənzillərdə qaz təhlükəsizliyini yoxlamaq səlahiyyəti verilib. "Azəriqaz"ın yerli idarələri öz ərazilərindəki bütün evlərdə, obyektlərdə mütəmadi baxış keçirməli, abonentlərin qaz təhlükəsizliyinə necə riayət etdiklərini yoxlamalıdırlar. Əlbəttə, bunu tez-tez etmək texniki cəhətdən və vaxt baxımından mümkün olmaz, amma uyğun bir müddət müəyyənləşdirilib ardıcıl olaraq həmin müddətdən bir bu yoxlamalar aparılmalıdır. Qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına yolverilməz dəyişikliklər edənlər müvafiq qaydada cəzalandırılmalıdır. Bundan başqa maarifləndirmə tədbirləri artırılmalıdır”.
E.Bayramlının sözlərinə görə, normal işləməyən, standartlara cavab verməyən qaz cihazları təhlükə mənbəyidir. Karbon-monoksid qazın natamam yanması nəticəsində əmələ gəlir:
“Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur.
Qarşıdan qış gəlir və qaz cihazlarına düşən yük artacaq və təbii olaraq təhlükə də artacaq. Ona görə də, abonentlər qaz sisteminin yoxlanmasını təmin etməli, qazdan istifadə zamanı müvafiq təhlükəsizlik qaydalarına riayət etməlidirlər ki, faciə baş verməsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə