Qurbanlıq alarkən bu səhvə yol verməyin: Ekspert yaş həddini açıqladı

Qurbanlıq heyvanın yaşı 6 aydan yuxarı olmalıdır. Körpə, südəmər quzu olmamaldıır. Niyə, çünki 6 ayı tamam olmamış heyvanda yağ toxumaları formalaşmır

Yağ toxumaları hələ formalaşmadığı üçün əti də xüsusi ləzzəti ötürə bilmir

Sabah müqəddəs Qurban bayramıdır və təbii ki qurbanlıq heyvan kəsdirənlər, ehtiyacı olanlara paylamaq istəyənlər də çox olacaq. Allah hər kəsin xoş niyyətini, ehsanını qəbul etsin. Amma qurbanlıq heyvan kəsildikdən sonra ətin paylanması, saxlanması, bişirilmə qaydası da çox önəmlidir.

Qida məsələləri üzrə ekspert Ağa Salamov bununla bağlı mühüm nöqtələrə toxunub. “Sherg.az”a açıqlamasında mütəxəssis qeyd etdi ki, qurbanlıq üçün əgər xırdabuynuzlu heyvan seçilibsə, burada diqqət edilməli məqamlar var: 

- Qurbanlıq üçün əsasən erkək heyvan seçilir. Nəzərə almaq laızmdır ki, qurbanlıq heyvanın yaşı 6 aydan yuxarı olmalıdır. Körpə, südəmər quzu olmamaldıır. Niyə, çünki 6 ayı tamam olmamış heyvanda yağ toxumaları formalaşmır. Yağ toxumaları hələ formalaşmadığı üçün əti də xüsusi ləzzəti ötürə bilmir. Liflər, əzələ toxumaları da formalaşmamış olur və buna görə 6 aydan aşağı yaşda olan heyvanın kəsilməsi məqdədəuyğun deyil. Heyvanın normal inkişaf mərhələsi tamamlanmadan kəsilirsə, bu, həm qida keyfiyyətini aşağı salır, həm də iqtisadi davamlılıq baxımından düzgün yanaşma deyil. Biz xırdabuynuzlu heyvanların bala artımında maraqlı olmalıyıq. İslam dinində də heyvanların 6 aydan yuxarı yaşda olması tövsiyə edilir. Kəsim məsələsinə gəlincə, məlumdur ki, qurbanlıq ətlər qocalar evinə, uşaq evlərinə, eləcə də ehtiyaclı insanlara, qohum-əqrəbaya paylanmaq üçün hissələrə ayrılır və doğranmış ət çox zaman avtomobilin yük hissəsinə yığılır, onun paylanması hardasa 3-4 saat vaxt aparır. Bu müddət ərzində ətdə bioloji çirklənmə baş verə bilər. Çalışmaq laızmdır ki, doğranmış ət qısa zamanda ünvanlara çatdırılsın. 

A.Salamov ətin bişirilmə prosesinin də düzgün aparılmalı olduğunu dedi: 

- 2 saat ərzində ətin emal prosesi tamamlanmalıdır. Süfrəyə də isti-isti verilməlidir. Bişirilmiş ət, xörək artıq qalıbsa, müsbət 4 soyuducusunda 48 saat mühaifizə oluna bilər. Amma unutmayaq ki, hazır yeməklər yalnız bir dəfə isidilib yeyilməlidir. Təkrar ikinci dəfə isdib yemək zəhərlənməyə səbəb ola bilər. Çiy əti isə soyuducuda mənfi 18 dərəcədə 3 ay müddətində saxlamaq olar.