Ramid Namazov: Media resurslarına 20 fevral hücumlarını Rusiya ilə əlaqəli qruplar həyata keçirib
11:54 02.05.2025
Aktual
617
Ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyən edilib.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda təşkil olunmuş ictimai müzakirələr zamanı komissiyanın sədri Ramid Namazov bildirib.
Ramid Namazov qeyd edib ki, bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir: “Kibercasusluqla məşğul olan APT29-un fəaliyyəti əsasən hökumət qurumlarını, xarici diplomatik nümayəndəlikləri, habelə siyasət, müdafiə, enerji, media və digər kritik sahələri hədəf almaqdan ibarətdir. İş metodlarına gəlincə isə, bir çox üsullardan, kibermüdaxilə alətlərindən istifadə edirlər. Onlardan biri də uzun müddət öncədən hədəfin sistemlərinə daxil olaraq, orada möhkəmlənmək və lazım olan anda hərəkətə keçməkdən ibarətdir. Məhz tətbiq etdikləri bu metod və siyasi məqsəd daşıyan motivləri onları digər kibercinayətkar qruplardan fərqləndirir. Beləliklə, APT29 adlı kibercasus qrupu bu il fevralın 20-də araşdırmalara görə təxminən 2-3 il idi ki, sistemlərində gizlicə fəaliyyət göstərdikləri media resurslarını tam ələ keçirirlər. Tərəfimizdən aparılan kiberpsixologiya təhlilləri nəticəsində hücumun motivinin də haradan qaynaqlandığı aydın olur. Motiv - fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı olmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi” və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi idi. Məhz bu proseslərdən dolayı siyasi motivli bu kibermüdaxilə hadisəsi baş verib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə