Regionda daha etibarlı sülhün işartıları görünür
Yusif Nəzərli
09:52 28.01.2022
Aktual
670
Zəngəzur dəhlizinin açılması ilə “3+3” formatı tam potensialı ilə işə düşəcək
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, “3+3” formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişaf etdirilməsinə mühüm töhfə verəcək. Səfir çoxlu üstünlük vəd edən “3+3” formatının işə salındığını deyib. Onun sözlərinə görə, burada əsas maraq regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etməkdir. Boçarnikov əlavə edib ki, “altılıq” formatında iştirak üçün qapı daim Gürcüstanın üzünə açıqdır. Səfir format çərçivəsində növbəti görüşün harada keçiriləcəyi ilə bağlı məlumata malik olmadığını söyləyib.
Xatırladaq ki, “3+3” formatında regional əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ötən il dekabrın 10-da Moskvada “3+3” formatı çərçivəsində ilk iclas keçirilib. Gürcüstan isə görüşdə iştirakdan imtina edib.
“3+3” formatının əhəmiyyəti ilə bağlı “Şərq”ə danışan millət vəkili Hikmət Babaoğlu deyib ki, hazırda regionumuz postmüharibə mərhələsinin yeni reallıqlarına uyğunlaşmaqdadır. Deputatın sözlərinə görə, bu mərhələ digər çoxsaylı strateji məsələlərlə yanaşı regionumuzda iqtisadi inteqrasiyanı da aktual edir:
“30 ildən çoxdur istər Cənubi Qafqaz, istərsə də daha böyük coğrafiyada region ölkələrinin iqtisadi əməkdaşlığı Ermənistanın işğalçılıq siyasəti üzündən baş turmurdu. İşğal faktı Rusiya, Türkiyə və İran kimi regionumuzun iqtisadi nəhənglərinin də əlaqələrinə kommunikativ baxımından ciddi əngəllər yaradırdı. Azərbaycan tarixi zəfəri ilə işğal faktını aradan qaldırdı. Əməkdaşlıq və uzunmüddətli sülh üçün yaxşı perspektivlər yaratdı. Belə mühüm platformalardan biri də “3+3” formatıdır. Bu format artıq işlək və real əməkdaşlıq platformasına çevrilməkdədir. Birinci iclas baş tutub və əməkdaşlığın geniş spektri üzrə çoxsaylı məsələlər müzakirə edilib. Önümüzdəki mərhələdə geniş imkanlar üzrə real işlərin görülməsinin şahidi olacağıq”.
H.Babaoğlu qeyd edib ki, prosesə təkan verən güc mərkəzi Azərbaycan-Türkiyə ittifaqıdır: “Rusiya və İran da prosesdə həvəslə iştirak edirlər. Bu da nəticə etibarilə “3+3” formatını daha cəlbedici və perspektivli edir. Zəngəzur dəhlizinin açılması ilə bu format tam potensialı ilə işə düşəcək və regionumuzda ən böyük iqtisadi əməkdaşlıq platformasına çevriləcək. “3+3” çoxtərəfli əməkdaşlıq platforması üçün real imkanlar yaranır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə