Regionda gərginlik Azərbaycan üçün məqbul deyil - Siyasi şərhçi
12:11 05.03.2023
Aktual
364
Azərbaycan-İsrail münasibətlərinin dostları dəstəklərini gərginliyi artırmayacaq və regionda qeyri-sabitliyə töhfə verməyəcək şəkildə etməlidirlər
"Azərbaycan-İsrail münasibətlərinin keyfiyyətcə yeni mərhələdə daha böyük məqsədlər naminə irəliləməsi ilk növbədə İranı narahat edir".
"Sherg.az"ın xəbərinə görə, bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik bildirib ki, narahatlıqlar və başqa ölkələrlə münasibətlərdə yaranan problemlər səbəbindən yarımçıqlıq kompleksinə düçar olan İran regional mənzərəni dramatikləşdirmək imkanlarını da nümayiş etdirir:
"Tehranın kəskin mövqedə dayanması region ölkəsi kimi Azərbaycan üçün də təhdid mənbələrini şaxələndirir. Təhdidlərin səviyyəsi İsrail-İran münaqişəsi kontekstində şişərək daha da böyüyür. Belə olan təqdirdə Təl-Əvivlə Bakı Tehrana qarşı oxlarının ucunu itiləməlidirlər. İsrailin Mərkəzi Asiya və Cənubi Qafqaz arasında bağlantı qurub. Bunu İran tərəfə atıla biləcək körpü kimi nəzərdən keçirməsi diqqət çəkir. Azərbaycanın İsraildə səfirliyinin açılmasının paralelində İsrail də Mərkəzi Asiya regionuna daxil olan Türkmənistanda səfirliyinin binasını təzələyəcək. Belə mühüm diplomatik üçbucağın qurulması İsrailin strateji fəaliyyətinin perspektivi üçün koordinasiyanı təmin edəcək.Nəzərə alsaq ki, Türkmənistanın paytaxtı Aşqabad İrana yaxın məsafədə yerləşir, onda proseslərin hansı nöqtəyə qalxacağı barədə təsəvvürlər də genişlənir. Hərçənd ki, bundan əvvəlki illərdə Türkmənistan İsrail tərəfindən təyin olunan səfirlərin fəaliyyətinin İrana qarşı ola biləcəyi ehtimallarını göz önündə tutaraq onların mandatını qəbul etməyib. Ancaq indi regional və qlobal çərçivələr dəyişir və Türkmənistan da fərqli bir xəttə çıxmaq çağırışı ilə üz-üzədir. İndiyə qədər İsrail səfirliyi Aşqabaddakı Berkarar ticarət mərkəzində yerləşirdi, bir növ daimilik xüsusiyyətləri formal idi. Lakin artıq Aşqabaddakı İsrail səfirliyi üçün daimi əsaslarla yeni bina istifadəyə veriləcək və beləcə, o, daimi nümayəndəlik statusunu gücləndirəcək".
A.Kərimov qeyd edib ki, C.Bayramovun İsrailə səfəri ilə Təl-Əvivin Aşqabad planı İrana qarşı mövcud və artan cəbhəyə işarə edir:
"Bu, İranın Azərbaycan üçün yaratdığı təhlükələrin önünün alınmasında geniş müdafiə xətti kimi dəyərə yiyələnir. Azərbaycan strateji zərurətlərdən və isti münasibətlər təcrübəsindən irəli gələrək İsraillə münasibətlərini gücləndirdikcə İran bu hərəkətlərə qarşılıq olaraq Ermənistanla əlaqələrini dərinləşdirməyə çalışır.
Ancaq Tehranın Ermənistana dəstəyinin Azərbaycan-İsrail münasibətlərindəki dərinliklərdən fərqli olaraq regiona əhəmiyyətli bir təsiri yoxdur. Çünki Azərbaycanla İsrail arasındakı əlaqələr Təl-Əvivə Qərb siyasi sisteminin bir hissəsi kimi baxan NATO-nun, İsraillə əlaqələrdə dinamikliyə üstünlük verən Rusiyanın və qlobal sərhədlərini genişləndirən Türkiyənin maraqları ilə üst-üstə düşür. Yəni bir-birinə rəqib güclər belə, Azərbaycan və İsrailin müttəfiqlik əlaqələrinə dəstək verir və eyni zamanda İranın regionda aqressiv davranışlarını tənqid edir. Cənubi Qafqazda “qara dəliyə” salınan İran məcbur qalıb anti-Azərbaycan fəaliyyəti ilə Yaxın Şərqdəki təsirləri arasında səbəb-nəticə əlaqələri qurmağa cəhd edə bilər.
Ümumilikdə Azərbaycan-İsrail münasibətlərinin dostları dəstəklərini gərginliyi artırmayacaq və regionda qeyri-sabitliyə töhfə verməyəcək şəkildə etməlidirlər.
Regionda gərginlik Azərbaycan üçün məqbul deyil, ancaq situasiya təkcə Azərbaycanın istəkləri ilə üst-üstə düşməyən nəticələri hasil edir. Ona görə də Azərbaycan var gücü ilə tərəfdaşları ilə əlaqələrini dərinləşdirmək zərurətini aktiv fazada göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya
İlk üz-üzə təmas: ABŞ və İran Omanda masa arxasına oturdu
12:40 06.02.2026
Gündəm