“Rəsmi Bakı Zəngəzur, Göyçə və İrəvanın qaytarılması məsələsini qaldırmalıdır”
Yusif Nəzərli
10:44 25.01.2022
Aktual
916
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən onlayn formatda keçirilən mətbuat konfransında çıxış edib. O bildirib ki, rəsmi İrəvan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Baş nazirin sözlərinə görə, bu sənəd əvvəlcə danışıqlar nəticəsində tərtib olunmalıdır:
"Biz hesab edirik ki, bu danışıqlar baş tutmalıdır və Ermənistan buna hazırdır".
N.Paşinyan xatırladıb ki, Ermənistanla Azərbaycan parlamentləri hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya ediblər. Lakin bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün də danışıqlar mütləqdir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov N.Paşinyanın mətbuat konfransındakı çıxışını “Sherg.az”a dəyərləndirib. O bildirib ki, Nikolun sözlərini diqqətlə dinləsək, onun sülh prosesini başa düşdüyünü anlaya bilərik:
“Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırlar. Lakin hesab edirlər ki, Qarabağ bölgəsi barəsində danışıqlar isə davam etməlidir. Rəsmi İrəvan sərhəd məsələsini Sovet vaxtında olan sərhəddi təsdiq etmək kimi başa düşür. Eyni zamanda Qarabağ bölgəsi mövzusunun açıq qalmasına çalışır və bununla da “birtərəfli uduz” əldə etmək istəyir. Yəni onlar bizim ərazi bütövlüyümüzü tanımadan, biz onların SSRİ vaxtında olan sərhədlərini tanıyaq”.
T.Zülfüqarov onu da əlavə edib ki, Ermənistan bizim ərazi bütövlüyümüzü tanımır və hələ də Qarabağa aid hansısa layihələr, planlar hazırlayırlar:
“Bu əraziyə 80-82 milyona yaxın maliyyə ayırmağı da nəzərdə tutublar. Paşinyan da bunu təsdiq edib. Onda rəsmi Bakı da tarixi ədalətsizliyin bərpasını istəməlidir. Əzəli torpağımız olan Zəngəzur və Göyçə mahalı, eləcə də İrəvanın qaytarılması məsələsini qaldırmalıdır. Çünki bu torpaqlar qeyri-qanuni olaraq Ermənistana verilib. Hazırkı şəraitdə bizim üçün ən məntiqli mövqe budur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə