Rəsmi Moskva Azərbaycan və Ermənistana çağırış edib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycanı sərhədlərin müəyyənləşdirilməsinə çağırıb.

“Report” xəbər verir ki, bu çağırışı nazirliyin sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə səsləndirib.

O söyləyib ki, ərazi mübahisələri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi zamanı həll edilməlidir.