
Rus hərbi kontingenti Azərbaycanı tərk etməli olacaq - Ekspert
Yusif Nəzərli
06:41 06.01.2024
Aktual
417
Bu, münasibətlərdə gərginlik yaratmayacaq
"Rusiyalı rəsmilərin, generalların və diplomatların Qarabağda rus hərbi kontingentinin qalma müddətinin uzadılması ilə bağlı eyhamlarına baxmayaraq, onlar Azərbaycanı tərk etməli olacaqlar".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, bu, münasibətlərdə gərginlik yaratmayacaq:
"Fikrimcə, xarici işlər naziri Ceyhun Bayramovun ilin son mətbuat konfransında “sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub” sözləri həm də prezident İlham Əliyevin baxışını əks etdirir. Yəni vaxt bitdikdən sonra qalmalarına ehtiyac yoxdur. Azərbaycanın yaxın tarixdə Rusiya hərbçilərinin yola salmasına aid iki müsbət nümunəsi var. Mərhum prezident Əbülfəz Elçibəy Rusiya hərbi bazalarını ölkədən çıxartdı. Prezident İlham Əliyev isə Rusiyanın Qəbələ RLS-lə bağlı sazişin müddətini uzatmadı və Rusiyanın sonuncu hərbi bazası da ölkəmizin ərazisini tərk etdi. 2025-ci ilin noyabr ayına qədər Rusiyanın Qarabağda işi-gücü olmayan hərbi kontingentini də yola salacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat