İtaliyanın “La Repubblika” qəzetinə müsahibə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bundan əvvəlki digər xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr kimi həm xarici ölkə oxucuları, həm də Respublikamızın vətəndaşları tərəfindən çox böyük maraqla qarşılandı. Ölkə başçısı 44 günlük müharibə müddətində öz mühasibə və bəyanatları ilə insanları intizarda saxladığı kimi, qələbəmizin 1 illiyini qeyd etdiyimiz günlərdə də bir-birindən maraqlı çıxışları ilə xalqımızın gələcəyə inamını daha da artıran bəyanatlar səsləndirir.
Müsahibələrində toxunulan məsələlərin heç zaman bir-birini təkrar etməməsi, çox da uzaq olmayan keçmişimizdə baş verən hadisələrin olduğu kimi təsvir edilməsi Azərbaycan liderini onu dinləyənlərin qarşısında daha da ucaldır. Prezidentin acarıqlı diplomat səriştəsini, sərrast düşüncəsini, vətənpərvər əsgər, rəşadətli Ali Baş Komandan olduğunu hiss etdikcə qibtə etməyə bilmirsən. Həm də qürur duyursan ki, nə yaxşı bizə məhz İlham Əliyevin hakimiyyət etdiyi illərdə yaşamaq nəsib oldu. Nə yaxşı ki, biz torpaqlarımızın işğaldan azad olunduğu günləri yaşadıq.
Mövzu barədə “Sherg.az”a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, “La Reppublika” qəzetinə verdiyi müsahibə dövlət rəhbərimizin bu seriyadan olan çoxsaylı müsahibələrindən biri idi:
“Amma bu müsahibə eyni zamanda diğər müsahibələrdən orada toxunulan məsələlər və onlara verilən cavablara görə fərqlənirdi. Prezidentin müsahibələrinin özəlliyi də onların bir-birindən fərqlənməsindədir. Bir məqalə digərindən fərqlənir və fərqləndiyinə görə də olduqca maraqla qarşılanır. Məqalələrin heç birində bir fikir iki dəfə təkrar olunmur. Eyni zamanda bu məqalələlr bir-birini tamamlayır. Biri o birinin davamı olur. Bəlkə, Azərbaycan Prezidenti daxili və xarici siyasətimizdə hər addımı planlaşdırdığı kimi müsahibələrini də planla verir”.
“Elə isə Prezidentin İtaliya qəzetinə verdiyi müsahibədə diqqəti çəkən və oxucuların marağına səbəb olan məsələlər hansılardır?” sualına gəlincə, politoloq qeyd edib ki, maraq kəsb etməyən məsələləri qeyd etmək mənim üçün daha çətindir, nəinki maraq kəsb edən məsələləri. Çünki sadəcə olaraq maraq kəsb etməyən məsələ orada mövcud deyil.
Rusiyanın sülhməramlı qüvvələri haqqında suala, bəlkə də, jurnalist daha fərqli cavab gözləyirdi. Baxmayaraq ki, bu vaxta qədər də İlham Əliyev bu mövzuya bir neçə dəfə aydınlıq gətirib. Bəlkə də, xaricdəki müəyyən qüvvələr məhz Azərbaycanın sülhməramlı qüvvələrin fəaliyyətindən narazılığı sensasiya kimi manşet etmək istəyirlər. Amma Azərbaycan Prezidenti gözlənilənlərin əksinə olaraq sülhməramlıların fəaliyyətindən ciddi narazılığın olmamasını vurğuladı. Burada “ciddi narazılığın” olmaması fikrinə diqqət yetirmək lazımdır. Bu o deməkdir ki, müəyyən mübahisəli insidentlər olsa da, onlar operativ şəkildə aradan qaldırılır. Bu həm də, Rusiya tərəfinin nəzərinə çatdırılan bir xəbərdarlıqdır:“Bəli, ümumilikdə biz bundan məmnunuq. Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq.”
Heç şübhəsiz, Rusiya hakimiyyəti Azərbaycan liderinin bu incə mesajından zəruri nəticəni çıxaracaq”.