
Rusiyanın qaz sektoruna dair sanksiyalar paketi: “Bu, Moskvanı mövqeyindən çəkindirə bilər”
Yusif Nəzərli
15:11 31.01.2022
Aktual
737
“Çünki Rusiya neft və qazdan asılı iqtisadiyyatı olan ölkələrdən biridir”
“Əgər hazırda bu istiqamətdə sanksiyalar tətbiq olunarsa ,bu rəsmi Moskvaya ciddi təsir göstərər”
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya hökumətləri Rusiyanın qaz sektoru ilə bağlı layihələrinə qarşı sanksiyalar paketi hazırlayır. ABŞ-ın dəstəyi ilə hazırlanan sanksiyalar çərçivəsində Rusiyaya qarşı qaz sektorundakı layihələrdə maliyyələşmə və texnologiya paylaşımı sahəsində məhdudiyyətlər nəzərdə tutulur.Sözügedən sanksiyaların Ukrayna ətrafında gərginlik yaranacağı halda tətbiq olunacağı nəzərdə tutulur.

ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov tərəflərin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalardan “Sherg.az”a danışarkən bildirib ki, bu məsələdə Aİ ilə İngilətərənin mövqeyi tam olaraq üst-üstə düşmür :
“Burada əsas təzyiq qüvvəsi kimi ABŞ və İngiltərə çıxış edir.Rusiyadan ixrac olunan qazın əsas hissəsini Almaniya, o cümlədən Aİ-nın digər ölkələri alır. Onlar da hazırda Rusiyaya sanksiya tətbiq etməkdə , konkret olaraq “Nord Stream – 2” (“Şimal Axını – 2”) qaz kəmərini bağlamaq məsələsində çox həvəsli görünmürlər”.
Politoloq hesab edir ki, Rusiya Ukraynaya hücum planını yavaş-yavaş reallaşdırır:
“Kreml ardıcıl olaraq müharibənin başlaması üçün lazım olan bütün addımları atır. Bu davam edərsə, şübhəsiz ki, Avropa məcburiyyət qarşısında qalıb İngiltərə və ABŞ-nin mövqeyi ilə razılaşacaq. Belə olduqda Rusiyaya qarşı sanksiyaları da sərtləşdirəcək”.
H.Rüstəmlinin qənaətincə , bu sanksiya planının dünya bazarında neft və qazın qiymətlərinin qalxdığı vaxtda qurulması təsadüfü deyil:
“Çünki Rusiya neft və qazdan asılı iqtisadiyyatı olan ölkələrdən biridir. Əgər hazırda bu istiqamətdə sanksiyalar tətbiq olunarsa ,bu rəsmi Moskvaya ciddi təsir göstərər və onu bir çox mövqelərindən çəkindirə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət