Sabiq XIN başçısı: Danışıqların uzanmasına hazır olmaq lazımdır
13:15 31.01.2024
Aktual
680
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başlayıb.
Görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir.
Görüş İcevanla Qazax sərhədində keçirilir.
Xatırladaq ki, tərəflərin beşinci və sonuncu iclası keçən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutub.
Görüşdən gözləntilərini "Sherg.az"la bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, delimitasiya və demarkasiya komissiyalarının iclası artıq yeni vəziyyətdə baş verir:
"Çünki bundan öncə Azərbaycan və Ermənistan komissiyaların barəsində onların iş əsaslarını təşkil edən daxili hökümət qərarlarını qəbul edirdilər. Bu komissiyalar beynəlxalq təcrübəyə uyğun olaraq lazımi qərarları qəbul etdikdən sonra ilk dəfədir ki, görüş baş tutub. Delmitasiya və demarkasiya prosesi ümumiyyətlə uzun müddəltli bir məsələdir. Bir çox ölkələrin bu istiqamətdı danışıqları illərdir avam edir və hələ yekun həllini tapmayıb. Yəni sözügedən danışıqların uzanmasına hazır olmaq lazımdır. Qısa bir müddətdə nəticə gözləməmək lazımdır. Amma işin başlanılması və davam olunması müsbət bir haldır".
T. Zülfüqarov görüşlərin sülh sazişinə təsiri məsələsinə də toxunub:
"İlk növbədə sülh sazişinin çərçivə müqaviləsi olduğunu unutmamaq lazımdır. Onun məqsədi postmüharibə dövrünə aid hansısa prinsipləri tərəflər arasında təsbit etmək və bu prinsiplərə aid mövzuların davam etməsidir. Danışıqların getməsi məsələnin donmadığını, davam etdiyini göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə