Gürcüstan hökuməti ilə turizm şirkətləri arasında hələ də ciddi müzakirələr gedir
Gürcüstan dəmir yolunun açılmasına çox daha öncədən hazırlaşırdı. Səfər sığortası haqqında qərar qəbul olunması da bununla bağlıymış.
Gürcüstan hökumətinin qərarına əsasən 01 yanvar 2026-cı il tarixindən etibarən ölkəyə daxil olan bütün xarici vətəndaşlar – turizm, işgüzar səfər fərq etmir, ölkədə qaldıqları müddət ərzində tibbi sığortaya malik olmalıdırlar. Gürcüstana səfər sığortası 15 ABŞ dollarından başlayır və məbləğ turistin ölkədə qalacağı müddətə görə dəyişir. Sığortası olmayan şəxslər cərimələnə və ölkəyə girişlərinə məhdudiyyət qoyula bilər. Hazırda Gürcüstana dəmiryolu vasitəsiylə səfərlərin bərpa edilməsi bu məsələni yenidən gündəmə gətirib. Məlumata görə, Gürcüstana 1 həftəlik səyahət üçün səyahət sığortanın qiyməti təxminən 12 manat olacaq. Müddət artdıqca sığorta haqqı da adekvat olaraq yüksəlir. Qatar reyslərinin bərpasından sonra sığortaya tələbat artıb. O da bildirilir ki, təminat altına alınan risklər sırasına yük baqajlarının itirilməsi halı da daxildir. Bununla yanaşı sığortalı vətəndaş tibbi xidmətlərdən öz şəxsi büdcəsi hesabına istifadə edir və daha sonra vətənə qayıtdığı zaman həmin qəbzləri sığorta şirkətinə təqdim etməklə xərclədiyi vəsaiti geri ala bilər.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirdi ki, məlum qərar Gürcüstana turist axınını azalmasına səbəb ola bilər:
- Əslində bu qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minməli idi. Amma görünür, müəyyən riskləri nəzərə alaraq müddəti 1 il uzatdılar və yeni qayda 2026-cı il yanvarın 1-dən qüvvəyə mindi. Gürcüstan hökuməti ilə turizm şirkətləri arasında hələ də ciddi müzakirələr gedir. Hesab edirlər ki, belə bir tələb turist sayının azalmasına səbəb ola bilər. Hesab edirəm ki, bu qərar turistlərə əlavə problem yaradacaq. Turizm şirkətləri üçün də sərfəli olmayacaq. Ola bilər vəziyyəti təhlil edib, zərərləri nəzərə alıb qərarı bir müddət sonra ləğv etsinlər. Yeni qərara görə, Gürcüstana səfər edənlərdən tibbi sığorta olunmalarına dair sənəd tələb olunacaq:
- Tibbi sığorta olunmalarına dair sənədi turistlər öz ölkələrində elektron formada, ingilis dilində əldə edə bilərlər, yaxud da Gürcüstandakı turizm şirkəti tərəfindən rəsmiləşdirə bilərlər. Sığorta məbləği turistin ölkədə qalacağıl müddətə görə dəyişəcək. Məbləğ 15 ABŞ dollarından başlayır, məbləğ xarici vətəndaşın həmin ölkədə nə qədər, neçə müddət qalacağına görə dəyişəcək.