"Sərhəd -buraxılış məntəqəsi mülki ermənilərin gediş-gəlişinə mane olmayacaq” - Millət vəkili
08:02 24.04.2023
Aktual
469
“Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qurulmasına ehtiyac var idi, bu, vacib idi”.
Bunu Sherg.az- a açıqlamasında Millət Məclisin deputatı Ceyhun Məmmədov deyib.
“Vətən müharibəsinin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də ermənilərin davamlı təxribatlarının şahidi oluruq. Davamlı olaraq minaların basdırılması buna misaldır”, - deputat vurğulayıb.
O bildirib ki, 2020-ci ildən bəri Qarabağda müntəzəm olaraq minaların basdırılmasının şahidi oluruq:
“Vətən müharibəsi bitəndən indiyədək 300-ə yaxın Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Eyni zamanda biz davamlı olaraq Ermənistanın bölgəyə silah daşımasını müşahidə edirik. Ermənistan indiyədək Qarabağda 10 min nəfərlik “ordu” yaradıb. Həmçinin həmin silahlı dəstənin güclənməsi üçün davamlı olaraq addımlar atılır. Biz bunu mütəmadi müşahidə edirik”.
Deputat xatırladıb ki, bir müddətdən sonra vətəndaşlarımızın Qarabağa köçü başlayacaq:
“Biz əlbəttə, vətəndaşlarımızın təhlükəsizliyini təmin etməliyik. Bu mənada sərhəd-buraxılış məntəqəsinin qurulmasına ehtiyac var idi. Laçın-Xankəndi yolu üzərində sərhəd-buraxılış məntəqəsinin qurulması doğru addım idi. Biz beləliklə, təbii sərvətlərimizin talanmasının, mina basdırılmasının, erməni silahlı dəstələrinin gücləndirilməsinin qarşısını ala biləcəyik. Amma sərhəd-buraxılış məntəqəsi mülki ermənilərin gediş-gəlişinə mane olmayacaq”.
Parlamentari onu da xatırladıb ki, rəsmi Bakı Qarabağdakı ermənilərə inteqrasiya təklif edib:
“Bu prosesin mümkün qədər tez başlanması ermənilərin həyat şəraitinin yaxşılaşmasına təsir edəcək. Əlbəttə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da çox mühüm məsələdir. Ermənistanın havadarları da bu məsələdə diqqətli olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm