
Sərhəddə gecə patrulları artıb: "Müşahidə missiyası" təsdiq olunmamış ərazilərdə gəzir
Yusif Nəzərli
01:39 11.04.2025
Aktual
492
“Bütün işləri-gücləri də Azərbaycan tərəfini çəkmək, görüntülər əldə etməkdir”
Avropa Birliyinin Ermənistandakı monitorinq missiyası gecə mühafizəsini yaxşılaşdırmaq və potensial gərginliyi azaltmaq məqsədilə mart ayından etibarən Ermənistan-Azərbaycan sərhədində gecə patrullarının sayını artırıb. Bu barədə AB-nin monitorinq missiyasının mikrobloqunda paylaşım edilib. Qeyd edək ki, Ermənistan ordusunun hərbi birləşmələri 16 mart tarixindən başlayaraq, atəşkəsi davamlı olaraq pozur. Lakin Avropa Birliyinin "mülki missiyası"nın Ermənistan tərəfinin törətdiyi təxribatlarla bağlı hər hansı açıqlaması, narahatlığı yoxdur. Çünki dəfələrlə vurğulandığı kimi Aİ-nin "mülki missiyası"nın əsas funksiyası şərti sərhədlərdə təhlükəsizliyə nəzarət etmək yox, birbaşa casusluq və kəşfiyyat məlumatları toplamaqdır. Missiya üzvlərinin günlərlə binoklla Azərbaycanın mövqelərini izləməsi də bundan xəbər verir.
Millət vəkili, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "Sherg.az"a deyib ki, Aİ-nin "müşahidə missiyası" sırf casusluq fəaliyyəti ilə məşğuldur. Deputat vurğulayıb ki, "müşahidə missiyası"nın tərkibində, əslində, mülki şəxslər yer almalıydı:

"Ancaq sözügedən missiyanın tərkibində təmsil olunanlar keçmiş hərbçilər, jandarma, kəşfiyyatçılar, hərbi rütbə daşıyan adamlar olub. Onların bölgəmizə gəlməsində konkret məqsədlər var. Aİ-nin missiyası Bakının razılığı olmadan burdadır. Azərbaycan tərəfi bu missiyanın şərti sərhədlərdə monitorinq aparmasına icazə verməyib. Digər yandan Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyən olunmayıb. Missiya nümayəndələri qeyri-müəyyən, təsdiq olunmamış ərazilərdə gəzirlər. Bütün işləri-gücləri də Azərbaycan tərəfini çəkmək, görüntülər əldə etməkdir. Bu da Avropa Şurası, AŞPA, Avropa Parlementinin Azərbaycana münasibətini göstərir. Aİ-nin "missiya" adı altında fəaliyyət göstərən kəşfiyyat dəstəsi bütün vasitələrlə Ermənistana dəstək vermək məqsədi güdür. Azərbaycan və Türkiyənin, türk dünyasının ortasına yerləşdirilmiş Ermənistandan çıxmaq istəmirlər. Ona görə də Ermənistanın mənafeyini müdafiə edirlər".
Parlamentari əlavə edib ki, təxribatları törədənlərin Ermənistan tərəfi olması açıq-aşkar ortada olsa da, bunu görməzdən gəlirlər: "İndiyədək bir dəfə olsun erməni təxribatının qeyd etməyiblər. Təxribatı törədən, atəşkəsi pozan Ermənistan tərəfidir, Azərbaycan isə onlara cavab verən tərəfdir. Amma "missiya" qarşı tərəfi "görmür", dərhal Azərbaycanı günahlandırır ki, guya biz gərginlik yaradırıq. Məqsəd münaqişəni gündəmdə saxlamaq, Azərbaycanın "təcavüzkar" imicini formalaşdırmaqdır. Eyni zamanda bura Türkiyəni də qoşurlar. İran, Avropa və Rusiya mediasında da eyni yanaşmaları görürük, eyni motivlərdir. Status-kvonu qoruyub saxlamağa çalışırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov Ukraynanın sülh prosesinə meyilli olmadığını bildirib
15:09 10.07.2026
Gündəm
Kəlbəcərdə mina partlayışı olub
14:17 10.07.2026
Gündəm
Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək
13:57 10.07.2026
Gündəm
Sabah 38 dərəcə isti olacaq
13:24 10.07.2026
Ekologiya
"Sədaqətin Sükutu" layihəsi Zaqatalada davam edir
13:09 10.07.2026
Ölkə
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat