
SƏRT AÇIQLAMA: "Qisas” əməliyyatının ikinci mərhələsi başlaya bilər”
Yusif Nəzərli
14:28 08.09.2022
Aktual
673
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub : “Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”.

Vəziyyəti dəyərləndirən hərbi ekspert İbrahim Rüstəmli “Sherg.az”a biildirib ki, bu, çoxsaylı erməni təxribatlarının bir hissəsidir. Azərbaycan ermənilər, revanşist və terrorçulara göstərdiyi təzyiqi artırdıqca onlar da buna qarşılıq verir:
“Ancaq rəsmi Bakı hər dəfəsində sübut edir ki o öz iddialarında haqlıdır. Biz bu haqların qorunması üçün çalışırıq. Hazırda Ermənistan qeyri-müəyyən bir vəziyyətdədir. İndi Ermənistan rəsmiləri və erməni xalqı konkret olaraq nə istədiyi bilmir.
Erməni təxribatlarında ,adətən, Azərbaycan ərazi bütövlüyü məsələsində dəstək olmayan dövlətlərin nəfəsi hiss olunur. Xüsusilə, Fransanın və ordakı erməni lobbiçilərinin. İndi dünya siyasətində də vəziyyət qarışıb. Hegemon dövlətlər arasında gərginlik yaşanır.
Düşünürəm ki, Azərbaycan torpaqlarında baş verən hadisələr də həmin hegemon dövlətlərin bizim ərazimizdə keçirdiyi mini proqramdır.
Rəsmi Bakı ərazi bütövlüyü məsələsində olduqca iddialı, təmkinlidir. Əgər lazım gələrsə, dövlətimiz “Qisas” əməliyyatının ikinci mərhələsinə də başlaya bilər.
Bunun üçün kifayət qədər gücümüz var. Bizim üçün onları sındırmaq, məhv etmək çox asandır. Ancaq sülhü dəstəkləməyimiz buna mane olur. Döyüşkən ordumuz komandolarımız, xüsusi təyinatlılarımız göstəriş olduğu halda ölkəmizin milli maraqlarını təmin edəcəklər.
Qanunsuz erməni silahlı birləşmələrinə qarşı növbəti anti-terror əməliyyatlarının keçiriləcəyi istisna deyil. Təbii ki, bu zamanı, məqamı yetişdikdə baş verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya