Silahlı insidentlərə qarşı sərt cavab veriləcək
Yusif Nəzərli
07:14 16.05.2023
Aktual
467
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Şərq”ə bildirilib ki, nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarına toxunan müdafiə naziri qarşı tərəfə layiqli cavab verildiyini, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib. Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib.
Müşavirədə qış dövrü ərzində qoşunların döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri müzakirə edilib, qarşıda duran bir sıra tapşırıqlar qoşun növü komandanlarına çatdırılıb.
General-polkovnik Z.Həsənov Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr və digər hərbi hissələrin əməliyyat planlarının dəqiqləşdirilməsi, habelə qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının vacibliyini vurğulayıb.
Sonda müdafiə naziri bütün növ döyüş təminatı bölmələrinin gücləndirilmiş hazırlığına xüsusi diqqətin yetirilməsini tapşırıb.
Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib.
Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.
AZƏRTAC xəbər verir ki, mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə nazir Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarında qarşı tərəfə layiqli cavab verildiyini, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib.
Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi