SON SÖZ:“Zəngəzur dəhlizi açılacaq...!”
Yusif Nəzərli
15:15 25.01.2022
Aktual
710
“Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edən zaman deyib.
“Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir”, - deyə dövlət başçısı əlavə edib.
Ölkə başçısının “Ermənistandan da biz müsbət xəbərlər alırıq” mesajının “kodlarını” açan siyasi şərhçi Rusif Məmmədsoy “Sherg.az”a bildirib ki, Zəngəzur dəhlizi qlobal bir layihədir:
“Ümumiyyətlə, Zəngəzur dəhlizi ilə bağlı Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra da müəyyən açıqlamalar verildi. O zaman ölkə başçısı bildirdi ki, Zəngəzur dəhlizi olmasa, Laçın dəhlizi də olmayacaq. Ancaq istənilən halda, Zəngəzur dəhlizi sadəcə Azərbaycan və digər regionların maraq dairəsində deyil. Eyni zamanda, qlobal bir layihədir. Çin, Avropa və ABŞ-ın da maraq dairəsində olan layihədir. Maraqlar üst-üstə düşdüyündən burada Ermənistanın mövqeyi o qədər də önəmli deyil. Amma istənilən halda dövlət başçısının bunu dilə gətirməsi təbii ki, Zəngəzur dəhlizinin açılması ehtimalını daha da artırır. Hətta Füzuli Hava Limanın açılışı zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin iştirakı da boşuna deyildi. Dəhliz açılacaq, amma nə vaxt açılması hələ ki, bilinmir. İşlərin getdiyi ilə bağlı məlumatlar da var. Horadiz-Cəbrayıl dəmiryol xətti istifadəyə verilir”.
Siyasi şərhçi sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistan tərəfinin mövqeyinə toxunub:
“Ümumiyyətlə, dünən Nikol Pasinyan bununla bağlı açıqlama verdi. O dedi ki, delimitasiya və demarkasiya prosesinə hazırdırlar. Artıq N.Paşinyan da başa düşür ki, Türkiyə və Azərbaycanla barışmadan Ermənistanın gələcəyi yoxdur. Qeyd edim ki, son zamanlarda, xüsusilə müharibədən sonrakı müddətdə Rusiyada ermənilərin leqal qeydiyyata alınması 11 faizdir. Bu ermənilər üçün tarixi rekorddur. Təsadüfi deyil ki, Türkiyə - Ermənistan münasibətləri də normallaşır. Burada bütün proseslər Azərbaycanla koordinasiyalı şəkildə aparılır. Heç bir halda proseslər Azərbaycanın iradəsindən kənarda baş vermir. Azərbaycanla razılaşmadan Türkiyə tərəfi Ermənistanla bağlı heç bir addım atmır”.
R.Məmmədsoy onu da əlavə edib ki, Ermənistanın Türkiyə ilə yaxınlaşması Rusiyanın Ermənistanda təsirini azaldacaq:
“İstənilən halda, rəsmi İrəvan yaxşı başa düşür ki, başqa bir çıxış yolu yoxdur. Rusiya güclü dövlətdir, dünyanın aparıcı dövlətlərindən biridir, amma Rusiya Birləşmiş Ştatlar və yaxud Çin deyil. Rusiyanın elə iqtisadi resursları yoxdur”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm