
SOS! - Erməni xüsusi xidmət orqanları dezinformasiyalar yayır” – Diqqətli olaq!
Yusif Nəzərli
12:00 13.09.2022
Aktual
545
“Cəbhə, əsgər, ordu haqqında informasiyalarla ehtiyatlı davranmalıyıq”
“Bizim arxa cəbhədə yaydığımız xəbər, ön cəbhədə baha başa gələ bilər”
"İnformasiya təhlükəsizliyi mövzusuna həssas yanaşmaq lazımdır. Azərbaycan hər tərəfdən informasiya təyziqi altında yaşayır. Silahlı təxribatlar törədilir. Belə bir vaxtda istifadəçiləri təlimatlandırmalıyıq".
Bu fikirləri "Sherg.az"a açıqlamasında informasiya müharibəsindən danışarkən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib.
Hərbi ekspert bildirib ki, dünya soyuq silah-informasiya ilə idarə olunur:

"Bizi öz informasiyamızla vura bilərlər. Bəzi adamlar populizm, şöhrət, bəyənmə xatirinə sonrasını fikirləşmədən cəbhə ilə bağlı məlumatlar yayırlar. Xəbər axını həddən artıq güclüdür. Erməni xüsusi xidmət orqanlarını və bizi istəməyən güclərin əli ilə şəbəkəyə buraxılan məlumatlar var. Cəbhə, əsgər, ordu haqqında informasiyalarla ehtiyatlı davranmalıyıq. Bizim arxa cəbhədə yaydığımız xəbər, ön cəbhədə baha başa gələ bilər.
Təxribat xarakterli informasiyaların yayılması gözləniləndir. Vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Azərbaycanın milli və dövlət maraqlarının qorunması istiqamətində prinsipial mövqe sərgiləməlidilər. Mürəkkəb konstruksiyalı məsələdir. Hər bir informasiya istifadəçisindən hərbi qulluqçularımıza, ordumuza dair məlumatlar paylaşarkən diqqətli yanaşmaqlarını xahiş edirəm. İnformasiya təhlükəsizliyi üçün analitik düşüncə tərzinə üstünlük verməliyik".
İ.Rüstəmli informasiyanı yaymazdan əvvəl düşünüb qərar verməkdən ötrü maraqlı bir həll yolundan söz açıb:
"Dekart kvadratı" bu məqsəd üçün ən sadə və faydalı üsuldur. Mahiyyəti ondan ibarətdir ki, problemi həll etməyə cəmi 4 suala cavab verməklə başlamaq lazımdır: Bu baş versə nə olacaq? (Bundan müsbət nə qazanacam?) Bu baş verməsə nə olacaq? (Hər şey olduğu kimi qalacaq?) Bu baş versə, nə olmayacaq? (Arzulanan şeyin əldə edilməsinin mənfi cəhətləri u baş verməsə, nə olmayacaq? (Arzulanan şeyin əldə edilməməsinin mənfi cəhətləri)".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya