Spiker Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Yusif Nəzərli
16:41 14.09.2022
Aktual
442
Sahibə Qafarova Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıbSahibə Qafarova
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
"Sherg.az" xəbər verir ki, Sahibə Qafarova tərəfindən Parlamentlərarası İttifaqın Prezidentinə və Baş katibinə, Avropa Parlamentinə, ATƏT PA-ya, MDB PA-ya, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, GUAM PA-ya ünvanlanmış məktublarda bildirilir ki, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başayaraq, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb:
"Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub. Ermənistan tərəfinin bu təxribatına cavab olaraq Azərbaycan tərəfindən cavab tədbirləri görülüb. Təxribatın qarşısının alınması zamanı 50 nəfər hərbçimiz şəhid olub".
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan üçtərəfli bəyanatların müddəalarını və əldə olunmuş razılıqları kobud şəkildə pozaraq öz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirmiş, bölgəyə ağır texnika və müxtəlif tipli silahlar yerləşdirərək, sərhədboyu mövqelərimizi atəşə tutub.
Müraciətdə vurğulanıb ki, Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərinə və təkliflərinə zidd olaraq, Ermənistan normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidir, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması prosesinə maneələr yaradır. Bütün bunlar Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.
Sənəddə qeyd olunur ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərində külli miqdarda sərmayələr hesabına genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Artıq bu ərazilərə bir qrup məcburi köçkün ailələrinin geri qayıtması prosesinə başlanmışdır. Ermənistan öz təxribatları ilə bu prosesə əngəl törədir.
Bildirilir ki, Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, Ermənistan əldə olunmuş atəşkəsi pozmağa davam edir. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Spikerin müraciətində qeyd olunur ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə qarşı yönəlmiş bu addımlarını qınamağa çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə