STM-in sorğusu İrana siqnal olmalıdır!
Yusif Nəzərli
15:24 19.04.2023
Aktual
453
"Azərbaycan əhalisinin 76.8 faizi İranın regionda Ermənistanın maraqlarını qoruduğunu düşünür".
Bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “İranın regionda maraqlarını necə xarakterizə edirsiniz?” sualı ilə bağlı keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən məlum olub.
Bildirilib ki, iştirakçıların 5.5 faizi İranın Ermənistan və Azərbaycana münasibətdə tərəfsiz mövqedə olduğunu, cəmi 3.4 faizi Azərbaycanın maraqlarını üstün tutduğunu ifadə edib.
Respondentlərin 14.3 faizi bu barədə məlumatsız olduğunu bildirib, yaxud fikir bildirməkdə çətinlik çəkib.
Sosial Tədqiqatlar Mərkəzinin yetərincə ciddi qurum olduğunu deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, STM ictimai şüuru obyektiv və düzgün şəkildə ortaya qoymağı bacarır:
"Bu qurumun peşəkarlardan ibarət heyəti var və onun sorğuları kifayət qədər sınanılıb. Bu sorğunun nəticələri isə mənim üçün gözlənilməz olmadı.
Çünki İran Azərbaycanla bağlı son vaxtlarda yürütdüyü aqressiv siyasət, özünü ortaya qoydu. Yəni bu sorğunun nəticəsi molla rejiminin anti-Azərbaycan siyasətinin nəticəsidir. Tehrandakı səfirliyimizə hücum, azərbaycanlı millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd planı, vətəndaşlarımızın orda itkin düşməsi və başqa hadisələr Azərbaycan xalqında İrana qarşı bu cür münasibət yaradır. Şübhəsiz ki, bu cənub qonşumuza siqnal olmalıdır”.
Analitikin sözlərinə görə, əgər onların qərəzli, aqressiv və qeyri-obyektiv siyasəti davam edərsə bu göstərici daha da artacaq:
“ Hətta biz bu inamsızlığın 85-90 faizə qalxdığını belə görə bilərik. Amma bu heç bir halda Azərbaycanın İrana kini kimi yox, məhz rəsmi Tehranın aqressiv siyasətinin bəhrəsi kimi qiymətləndirilməlidir.
Həmçinin son günlər Azərbaycan XİN-nin rəhbəri Ceyhun Bayramov və İranlı həmkarı Seyid Əmir Abdullahian arasında ardıcıl iki telefon danışığı olub. Düzdür münasibətlərin normallaşması üçün cəmi iki telefon danışığı kifayət deyil. Amma bu təmaslar davam edərsə, tərəflər arasındakı soyuq küləklər aradan qalxa bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq