Taarif Şurası  əlini çəkməlidir: Əks təqdirdə dərmanların qiyməti ucuzlaşmayacaq  

"Taarif Şurası vasitəsi ilə dərman qiymətlərinin tənzimlənməsi qərarı yanlış və mənasız qərardır. Dərhal bu tənzimlənmə müxanizmi ləğv edilməlidir". 

"Sherg.az" xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli feysbuk səhifəsində yazıb. 

Ekspert bildirib ki, bu mexanizm yaradılandan sonra qiymətlər qalxıb: 

"Keyfiyyət isə aşağı düşüb, çünki qiymət təyin edilməsi istehsalçı ölkələr və molekullar üzrədir. Bu zaman molekulların ən ucuzu, keyfiyyətsizi alınıb ölkəyə gətirilir. Keyfiyyətli dərman qıtığı yaranır və qiymətlərin isə yüksəlməsi prosesi baş verir. Ölkədə Tarif Şurasının tənzimlənməsi tətbiq olunandan, onlarla dərman satan kiçik və orta şirkətlər iflas edib bazardan çıxdılar. Böyük şirkətlər qalıblar ki, onlar da qiyməti diktə etməkdə çətinlik çəkmirlər. Digər məsələ gömrük rüsumları və vergilərlə bağlıdır. Bu məsələ birbaşa hökumətdən və parlamentdən asılıdır. Ölkədə dərman pereparatlarına 18 faiz ƏDV var. Niyə olmalıdır ki?! Niyə sıfırlanmır, azaldılmır, gömrük rüsumları tam ləğv edilmir? Baş nazir Əli Əsədov özü etiraf edir ki, 95 faiz dərmanları xaricdən gətiririk. Yerli istehsal yox kimidir, bəs bu rüsumlar nədən var?! Gömrükdə o mallara yüksək rüsum olmalıdır ki, bol yerli istehsalı var. Daxili istehsalçını qorumaq üçün müəyyən “proteksionist” yanaşma mümkündür. Bizdə olmayan istehsalı qoruyurlar. Anlamırlar ki, istənilən rüsum və verginin son ödəyicisi vətəndaşdır, istehlakçıdır".