Tarix göstərir: “Savaşlardan sonra birgə yaşamaq məcburiyyətindədirlər” - Xalq diplomatiyası...
Yusif Nəzərli
13:48 26.01.2022
Aktual
740
Yanvarın 26-sı Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ötən ilin dekabr ayında Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri arasında keçirilən görüşdən danışıb. O, 2022-ci ildə əlaqələrin davam etdirilməsi məsələsinin müzakirə edildiyini vurğulayıb. Səfir qeyd edib ki, növbəti görüşün dəqiq tarixi məlum deyil.
Onun sözlərinə görə, üçtərəfli işçi qrupunun fəaliyyəti ictimaiyyətə müsbət təsir göstərəcək. Xatırladaq ki, 2021-ci il dekabrın 23-24-də Moskvada iki ölkənin ictimaiyyət nümayəndələrinin ilk görüşü baş tutub. Görüşə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da qatılıb. Görüş iştirakçıları iki xalq arasında münasibətlərdə gərginliyin azalması tədbirlərini müzakirə edib. Həmçinin 2022-ci ilin əvvəllərində bu cür təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Xalq diplomatiyasının önəmindən bəhs edən Azəri Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı "Sherg.az"a bildirib ki, müəyyən müddətdən sonra münasibətlərdə normallaşma prosesinə şahid olmağımız mümkün haldır:
“Tarix bizə göstərir ki, savaşlardan sonra sərhəd qonşuları istəməsələr belə birgə yaşamaq məcburiyyətindədirlər. Azərbaycanla Ermənistan da qonşu ölkələrdir. Xalq diplomatiyası iki ölkə əhalisi arasında münasibətlərə müsbət təsir etmə potensialındadır. Erməni ziyalıları xalq diplomatiyası missiyasını öz xalqlarının yaxşılığı üçün yerinə yetirməlidirlər. Onlar öz xalqına izah etməlidir ki, daimi düşmənçiliklə, kinlə yaşamaq olmaz. İki ölkə ziyalıları bir araya gəlib məsələnin həllinə mühüm töhfə verə bilərlər. Lakin Ermənistan təxribatlarına davam edərsə, danışıqlar prosesi nəticəsiz qalar”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə