
Tural Abbaslı: Azərbaycanda yenidən Sovet, Rus sevgisi və ya Putin simpatiyası yaratmaq istəyirlər
08:52 14.05.2025
Aktual
547
Bir neçə gün əvvəl İmişli rayonunda faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağının qaldırılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Tədbir müharibədə həlak olanların abidəsi önündə keçirilib.
Abidənin bir tərəfində SSRİ-nin qırmızı bayrağı asılıb və qarşısına ağsaqqallar şurası adından əklil qoyulub. Bəzi iştirakçılar isə yaxalarında çar Rusiyasına aid olan və Azərbaycanda istifadəsi qadağan olunan “Georgi lenti” taxıblar. Mərasim SSRİ-yə aid “Pobeda” mahnısı ilə başlayıb.
Mövzu ilə bağlı Ağ partiyanın sədri Tural Abbaslı Sherg.az-a açıqlama verib:

"Burada bir çox amillər var. Birincisi, tarixi savadsızlıq və ümumi bilgisizlik müşahidə olunur. İkincisi, rayon və kənd rəhbərliyinin səhlənkarlığı və məsuliyyətsizliyi diqqət çəkir. Üçüncüsü isə, burada təxribat ehtimalı da istisna deyil. Bu isə artıq hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu bir məsələdir. Yəni, bu hadisə ya sadəcə tarixi bilgisizlikdən qaynaqlanır, ya da məqsədli şəkildə həyata keçirilmiş bir təxribatdır.
Əgər bu savadsızlıq səbəbindən baş veribsə belə, burada təxribat əlamətlərini də nəzərdən keçirmək lazımdır. Çünki bu cür hallar kimlərinsə marağında ola bilər. Burada Azərbaycanda yenidən Sovet, Rus sevgisi və ya Putin simpatiyası yaratmaq, xalqın Rusiyaya qarşı haqlı narazılığını loyallığa çevirmək ehtimalı da var. Bu isə ciddi şəkildə araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Eyni zamanda, burada İmişli Rayon İcra Hakimiyyəti və onun rəhbərliyinin də məsuliyyəti var. Belə tədbirlərin keçirilməsi üçün konkret təqvim və protokol qaydaları müəyyən edilməlidir. Kənd və rayon rəhbərləri toplanmalı, tədbirlərin formatı, istifadə olunacaq şüarlar, bayraqlar, musiqilər, çıxışçılar və mövzular öncədən razılaşdırılmalıdır.
Təəssüf ki, bütün bu məsələlər qeyri-peşəkar yanaşmalar nəticəsində öz mahiyyətindən uzaqlaşdırılıb, formal səviyyəyə endirilib. Nəticədə də cəmiyyət üçün qəbuledilməz və narahatlıq doğuran görüntülər ortaya çıxıb".
Partiya sədri bildirib ki, bu hadisə dərs olmalı, digər rayonlara da siqnal göndərməlidir:
"Tariximizə, şəhidlərimizə və müstəqilliyimizə hörmətlə yanaşmaq hər birimizin borcudur. Araşdırmalar aparılmalı və eyni zamanda, dövlət idarəçiliyində protokol qaydalarını bilməyən, dövlət düşüncəsi və tarixi ilə tanış olmayan şəxslərin rəhbər vəzifələrə gətirilməsinə son qoyulmalıdır. Təsadüfi, qohumbazlıq və tayfabazlıq prinsipi ilə seçilmiş kadrların idarəçilikdə yer alması bu cür neqativ nəticələrə gətirib çıxarır. Dövlət vəzifələrinə yalnız peşəkar və məsuliyyətli şəxslər təyin edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya