“Türk Ocaqları”nda konfrans
14:43 27.02.2024
Aktual
462
Türkçülük ideyası ətrafında yaradılmış qeyri-hökumət təşkilatı olan “Türk oçaqları”nın növbəti konfransı keçirilib. Ərzurumda keçirilən mərasimdə İran türklərinin türk dünyasındakı yeri və fəaliyyəti müzakirə edilib.
“Tarix boyunca Osmanlı-İran əlaqələri və İran türkləri” adlı məruzə ilə çıxış edən Ərzincan Universitetinin professoru Ali Kafkasiyalı bu barədə XQ-yə bildirib. Dünyada və qardaş Türkiyədə İran türkləri mədəniyyətinin tanınmış araşdırmaçılarından olan professor qeyd edib ki, hələ keçmişlərdən bəri dünyanın ən güclü dövlətləri olan İngiltərə, Rusiya, Fransa, Amerika üçün əhəmiyyətli olan İran, əlbəttə ki, Türkiyə və hətta Türk Dünyası üçün daha önəmlidir. “Bu həqiqət çox yaxşı bilinməlidir ki, türk millətinin tarixdəki şanlı yeri onun türk dövlətlərinə və toplumlarına, ilk növbədə Qafqaz və İran türklüyünə verəcəyi önəmdən asılıdır. Biz türk aydınları da İran və İran türklərinin qədim zamanlardan günümüzə qədər coğrafiyasını, tarixini,dilini, ədəbiyyatını, mədəniyyətini və bədii dəyərlərini araşdırırıq ki, bu da bütövlükdə İran və İran türklərinin varlığını təmin etmək üçün çox mühüm elementlərdir. Biz bunu xalqımıza, xüsusilə gənclərimizə daha ətraflı təqdim etməliyik.
İran qədim türk vətənidir. Lakin Türkiyə və hətta türk dünyası İran türklüyünə dair kifayət qədər məlumata malik deyil. Halbuki, İran türklüyünü Türkiyədə və türk dünyasında yaxşı qiymətləndirmək və ciddiyə almaq lazımdır. Bu, tarixi bir məsuliyyət olsa da, türklüyün gələcəyi üçün çox önəmlidir”.
Qeyd edək ki, türkçülük ideologiyasına xidmət edən insanları öz ətrafında birləşdirən “Türk Ocaqları” Türkiyədə hələ Osmanlı dönəmində -- 1912-ci ildə qurulub. Mərkəzi ofisi Ankarada yerləşən təşkilatın fəaliyyətində türk dünyasının müxtəlif yerlərindən, o cümlədən Azərbaycandan olan Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə kimi mütəfəkkirlərin, ictimai-siyasi şəxsiyyətlərin də böyük rolu olub. Hətta dərnək qısa müddət də olsa, Azərbaycanda fəaliyyət göstərib. Türkiyədə və Avropanın bir çox ölkəsində 200-dən çox şöbəsi olan “Türk ocaqları” 2019-cu ilin sentyabrında Azərbaycanda fəaliyyətini bərpa edib. “Azərbaycan Türk Ocağı”nın sədri, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm