
Türkiyə tarixində daha bir zəfər: PKK-nın ləğvi türk-kürd xalqı arasında yeni yol açdı
13:21 12.05.2025
Aktual
706
Uzun illərdir Türkiyənin daxili təhlükəsizliyinə, sabitliyinə və milli birliyinə qarşı təhdid yaradan PKK terror təşkilatının fəaliyyətlərinə son qoyulması istiqamətində aparılan danışıqlar nəhayət ki, nəticə verdi. Təşkilatın silahı yerə qoyması və ləğv edilməsi qərarı təkcə terrorun bitməsi anlamına gəlmir, eyni zamanda Türkiyənin regional güc olaraq öz milli maraqlarını qorumaq yolunda atdığı mühüm bir addım kimi qiymətləndirilir. Bu hadisə həm də Türk və Kürd xalqları arasında birliyin möhkəmlənməsi üçün yeni bir mərhələnin başlanğıcı kimi önəm daşıyır.
Mövzu ilə bağlı politoloq Tural İrfan Sherg.az-a açıqlama verib:

"PKK-nın silahı yerə qoyması və təşkilatı ləğv etməsi üçün uzun müddət idi danışıqlar aparılırdı. PKK-nın həbsdə olan lideri Abdullah Öcalanla aparılan bu danışıqlar sonda öz effektini verdi. Təbii ki, bu qərar həmin təşkilatı himayə edən və bəsləyən bir çox xarici güclərə sərf etməyəcək. Ola bilsin yenidən fərqli formada oxşar təşkilatlar yaratmağa cəhdlər etsinlər. Lakin Türkiyə bunun da qarşısını əzmlə almaq gücündədir. PKK-nın ləğv edilməsi Türkiyənin təkcə terrora deyil, eyni zamanda bu terroru yetişdirən və bəsləyən güclərə də qalib gəlməsi deməkdir. Türk və Kürd xalqı arasında vəhdətin, həmrəyliyin möhkəmlənərək ümumi dövlət maraqlarına uyğun addımlamağa yeni bir yol açıldı".
Ekspert bir çox xarici maraqların PKK üzərindən Türkiyəni bölməyə çalışdığını, daxildən zəiflətməyə cəhd etdiklərini qeyd edib:
"Türkiyə bu problemi dəf etməyi bacardı. Hazırda isə PKK-nın digər qollarının ümumilikdə silahı yerə qoyması və liderin təşkilatın ləğvi ilə bağlı qəbul etdiyi qərara tabe olması kimi müəyyən məsələlər üzərində işlər görüləcək.
Təslim olaraq silahı yerə qoyan PKK üzvlərinin cəmiyyətə inteqrasiyası və digər məsələlərdə mərhələli şəkildə həllini tapacaq".
Müsahibimiz sonda bu əlamətdar hadisənin Türkiyədə böyük zəfər kimi tarixə düşəcəyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol