Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü: Razılığa gəliblər
Yusif Nəzərli
14:49 14.01.2022
Aktual
498
Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi Ankara və rəsmi İrəvan ilkin şərt olmadan münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqları davam etdirmək barədə razılığa gəliblər.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Rubin Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada ilk görüşü baş tutub. Daha sonra yazılı açıqlama verən Xarici İşlər Nazirliyi xüsusi qeyd edib ki, tərəflərin müsbət və konstruktiv atmosferdə keçən ilk görüşü zamanı Türkiyə və Ermənistan arasında dialoq yolu ilə həyata keçiriləcək normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparılıb:
"Tərəflər ilkin şərtlər olmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirmək barədə razılığa gəliblər. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi haqqında daha sonra sonra məlumat veriləcək ".
Diplomatik mənbələr Moskvada ikitərəfli görüşün bir saat yarım davam etdiyini bildirib.
Qeyd edək ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu 13 dekabr 2021-ci ildə Türkiyə Böyük Millət Məclisindəki çıxışında rəsmi Ankara və rəsmi İrəvan arasında münasibətlərin yeni dövrünün başladığına dair siqnallar verdi.
Serdar Kılıç dekabrın 15-də Türkiyə Respublikasının Ermənistan Respublikasına xüsusi nümayəndəsi təyin edilib.
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində parlament sədrinin müavini Ruben Rubinyanı da xüsusi nümayəndə təyin edib.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm