Türkiyə YSK yekun nəticələri açıqladı

Türkiyə Ali Seçki Komissiyası (YSK) yekun nəticələri açıqlayıb.
Bakupost.az xəbər verir ki, yekun nəticəyə əsasən, Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, Kamal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz, Muharrəm İncə isə 0,43 faiz səs alıb.
Qeyd edək ki, seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.