Türkiyəli nazir: “Dost və qardaş Azərbaycanla birgə işə böyük əhəmiyyət veririk”
Türkiyəli nazir: “Dost və qardaş Azərbaycanla birgə işə böyük əhəmiyyət veririk”
Yusif Nəzərli
22:52 19.10.2023
Aktual
418
“Dost və qardaş ölkə Azərbaycanla ailə, qadın və uşaq sahəsində birgə işə böyük əhəmiyyət veririk”.
“Report” xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri xanım Mahinur Özdemir Göktaş deyib.
“Bir-birinin sevinci ilə sevinən, dərdinə kədərlənən bir millət iki dövlət, qardaşıq. Möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyada bənzəri olmayan müstəsna mövqedədir. Bu elə bir qardaşlıqdır ki, yaxşı gündə də, pis gündə də, sevincdə də, kədərdə də bir yerdəyik. Allah bu qardaşlığımızı əbədi etsin”, - Mahinur Özdemir Göktaş vurğulayıb.
O, qeyd edib ki, Türkiyə Qarabağ məsələsində Azərbaycanın yanında olub:
“Dost və qardaş ölkə Azərbaycanla ailə, qadın və uşaq sahəsində birgə işə böyük əhəmiyyət veririk. İki ölkə arasında ailə, qadın və uşaq siyasətləri sahəsində imzalanmış və 2023-2025-ci illəri əhatə edən əməkdaşlıq protokoluna uyğun olaraq birgə təlim, seminar və konfranslar təşkil etmişik və buna davam edirik”.
Nazir vurğulayıb ki, ailə, qadın və uşaq məsələləridə ölkəsinin sıx münasibətdə olduğu Azərbaycanla əməkdaşlıq davam edəcək.
Qeyd edək ki, oktyabrın 19-da Bakıda Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında 2024-2025-ci illər üzrə Fəaliyyət Planı imzalanıb. Sonra Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol